top
Karvan-Yevlax legionerindən Premyer Liqada qalmaq inamı: Məqsədlərimizə çatacağıq Idman.biz
01 oktyabr 2025, 13:21
- ↺ +

"Karvan-Yevlax" legionerindən Premyer Liqada qalmaq inamı: "Məqsədlərimizə çatacağıq"

"Misli Premyer Liqasın 6 oyunda bir qələbə və iki heç-heçəmiz var. Bu da komandamızın Premyer Liqada yeni olması ilə bağlıdır".

Bunu futbolinfo.az-a müsahibəsində "Karvan-Yevlax"ın portuqaliyalı yarımmüdafiəçisi Vitor Roşa deyib.

Həmin müsahibəni təqdim edirik:

– Misli Premyer Liqasının 6-cı turunda səfərdə "Neftçi"dən 1 xal almağı bacardınız. Oyundan öncə bu matçdan yaxşı nəticə ilə ayrılacağınıza inamınız var idi?

– Bəli, çünki biz hər gün bu məqsədlə çalışırıq. Çətin oyun olacağını bilirdik, "Neftçi" çox keyfiyyətli və bu çempionatda böyük investisiya qoyulan bir komandadır. Başa düşürdük ki, onlarla matçdan xalla ayrılmaq üçün bizdən çox fədakarlıq və yüksək diqqət tələb olunacaq. Biz də bunu etdik.

– Razısınız ki, matçın qəhrəmanı Kamran İbrahimov oldu? Ondan bu cür performans gözləyirdiniz?

– Kamranın oyunun qəhrəmanı olduğunu qəbul edirəm və ona görə çox sevinirəm. İbrahimov təvazökar oyunçudur, daim inkişaf etməyə çalışır. Xoşbəxtlikdən, bu görüşdə bizə çox kömək etdi və qazanılan 1 xala öz töhfəsini verdi.

– "Karvan-Yevlax"da sizi hər şey qane edir? Kollektivə və baş məşqçinin oyun üslubuna tam uyğunlaşa bilmisiniz?

– Bu komandada olduğum üçün məmnunam və mənə verilən fürsətə görə çox minnətdaram. Başlanğıcda uyğunlaşmaq asan olmadı, çünki ilk yoxlama oyununda əlim sındı və bu səbəbdən 1 aydan artıq müddətdə oynamadım. Amma zaman keçdikcə hər şey mənim üçün asanlaşır. Artıq sağalmışam, var gücümlə oynaya bilirəm – bu da ən çox sevdiyim şeydir. Yavaş-yavaş komandaya və oyun üslubumuza uyğunlaşmağa başlayıram.

– 6 turdan sonra cəmi 1 qələbəniz var. Bunun səbəbini nədə görürsünüz?

– Bəli, 6 oyunda bir qələbə və iki heç-heçəmiz var. Bu da komandamızın Premyer Liqada yeni olması ilə bağlıdır. Çempionatda böyük investisiyalar etmiş klubların olduğunu nəzərə alaraq, "Karvan-Yevlax"ın hazırda aşağı liqaya düşmə zonasından kənarda qərarlaşması bizim üçün pozitiv məqamdır. Klub heyətlə bağlı böyük dəyişikliklərdən keçib, hazırkı heyətdəki bütün oyunçular yenidirlər. Bu da bəzən performansımıza və nəticələrə təsir edir. Amma biz keyfiyyətli və işləmək həvəsi olan bir komandayıq. Əminəm ki, məqsədlərimizə çatacağıq.

– Növbəti turda "Sabah"la üz-üzə gələcəksiniz. Şansları necə dəyərləndirirsiniz? "Neftçi"dən sonra "Sabah"dan da xal ala biləcəksiniz?

– Düşünürəm ki, "Sabah"la oyunda da xal qazanmaq mümkündür. Bəli, bu görüş də çətin keçəcək. Amma ev sahibi olacağıq, azarkeşlərimizin dəstəyinə ümid edirik – onlar bizim üçün böyük motivasiya mənbəyidir. "Sabah"la görüşə də ciddi hazırlaşacaq və yenə meydanı xalla tərk etməyə çalışacağıq.

– Uzun müddətdən sonra Premyer Liqada iştirak edən "Karvan-Yevlax"ın hədəfi liqada qalmaqdır. Komanda məqsədinə çata biləcəkmi?

– Bəli, mövsümün sonunda Premyer Liqada qalmağı bacaracağıq. Aydın məsələdir ki, hələ üzərində işləməli olduğumuz çox şey var və bunun üçün əziyyət çəkməliyik. Amma bu komanda çox keyfiyyətlidir və mən liqadakı yerimizi qoruyacağımıza inanıram.

– Həmyerliniz Fernandu Santuş Azərbaycan yığma komandasında uğursuz nəticə ilə yadda qaldı və buna görə vəzifəsindən uzaqlaşdırıldı. Ondan belə uğursuzluq gözləyirdiniz? Sizcə, Santuş nəyə görə millimizdə uğur qazana bilmədi?

– Fernandu Santuş Portuqaliyada çox hörmət edilən və sevilən bir məşqçidir. O, Portuqaliya yığması ilə AVRO-2016-nın və Millətlər Liqasının qalibi olub, buna görə biz portuqaliyalılar ona çox minnətdarıq. Təəssüf ki, Azərbaycanda hər şey istədiyi kimi getmədi – futbolda belə hallar olur. Futbolla məşğul olan hər kəs bilir ki, həmişə uğur qazanmaq mümkün deyil. Təəssüf ki, Santuş Azərbaycanda vəzifəsindən ayrılmalı oldu, uğur əldə edə bilmədi, bu da oyunun bir hissəsidir. Həm Santuşa, həm də Azərbaycan millisinə uğurlar arzulayıram.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Oxşar xəbərlər