"Karvan Yevlax" klubu növbəti transferini həyata keçirib.
"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İranlı mərkəz müdafiəçisi Səid İranxan ilə 1 illik müqavilə imzalanıb.
24 yaşlı futbolçu son olaraq ölkəsinin "Paykan" klubunda forma geyinib.
Qeyd edək ki, Səid karyerasına "Traktor" klubunda başlayıb. O, İranın U-21 və U-23 millilərində də çıxış edib.