"Karvan-Yevlax" növbəti futbolçu ilə heyətini gücləndirib.
İdman.biz xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub portuqaliyalı qapıçı Pedro Mateus ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 28 yaşlı oyunçu son olaraq ölkəsinin "Feyrense" klubunun formasını geyinib. O, San-Tome və Prinsipi millisinin üzvüdür.
İdman.biz