"Karvan" heyətinə yeni oyunçu cəlb edib. Sport24.az xəbər verir ki, Yevlax təmsilçisi portuqaliyalı legionerlə güclənib.
"Ağ-qaralar" Vitor Roşa ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu son olaraq ölkəsinin "Sanjoanense" klubunda forma geyinib.