Yeni mövsümdə Misli Premyer Liqasında çıxış edəcək "Karvan" növbəti transferini həyata keçirib.
İdman.biz xəbər verir ki, klub niderlandlı sağ cinah müdafiəçisi Şaquill Sno ilə 1 illik müqavilə imzalayıb.
29 yaşlı futbolçu son olaraq Maltanın "Gzira" klubunda forma geyinib. Karyerası ərzində Sno Niderlandın "Ayaks", "Telstar", Norveçin "Aalesund", Bolqarıstanın "Lokomotiv Plovdiv", Rumıniyanın "Botosani" və "Mioveni" klublarının heyətində çıxış edib.
İdman.biz