"Qalatasaray"ın müdafiəçisi Karlos Kuesta karyerasını Braziliyada davam etdirəcək. Sport24.az xəbər verir ki, "Vasko da Qama" kolumbiyalı futbolçunun keçidi ilə bağlı "sarı-qırmızılar"la anlaşıb.
Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
A Seriyası təmsilçisi Kuestanı 1,5 illik icarəyə götürəcək. "Vasko da Qama" 6 milyon avro ödəməklə 26 yaşlı mərkəz müdafiəçisinin transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, "Qalatasaray" Karlos Kuestanı bu ilin fevral ayında "Genk"dən transfer edib. Kolumbiya millisinin üzvü "cim bom"un heyətində 9 rəsmi matçda meydana çıxıb.