top
Karlo Ançelotti Neymara milli komandaya dəvət üçün şərt qoydu Idman.biz
13 sentyabr 2025, 15:15
- ↺ +

Karlo Ançelotti Neymara milli komandaya dəvət üçün şərt qoydu

"Onun oyununa xüsusi nəzarət etməyə ehtiyac yoxdur – hamı yaxşı bilir ki, Neymar çox istedadlıdır. Amma müasir futbolda bu istedadı reallaşdırmaq üçün əla fiziki formada olmaq vacibdir".

İdman.biz xəbər verir ki, bunu Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın hansı şərtlərlə milli komandaya dəvət oluna biləcəyinə münasibət bildirərkən deyib.

Mütəxəssis ulduz futbolçunun millidə bu halda yer alacağını vurğulayıb: "Əgər o, optimal vəziyyətini bərpa etsə, çətinlik çəkmədən millinin heyətində yer alacaq. Hər kəs Neymarı yaxşı fiziki formada görmək istəyir. Mən onunla danışdım və dedim: "Sənin vaxtın var, özünü bərpa et və dünya çempionatında yığmaya maksimum kömək et".

Ançelotti bildirib ki, bu barədə Paraqvayla oyundan öncə oteldə Neymarla söhbət edib: "Yanaşmamız dəyişmir. Mən onu plejmeyker və ya hücumçu mövqeyində istifadə edərdim. Onu daha çox mərkəzə yaxın oynatmaq lazımdır. Çünki cinahda artıq effektiv ola bilməz, müasir futbolda bunun üçün güclü fiziki göstəricilər tələb olunur. Amma mərkəzdə, hücumameyilli yarımmüdafiəçi mövqeyində rahatlıqla çıxış edə bilər".

Qeyd edək ki, Neymar yaxın günlərdə zədəsini sağaldıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər