top
Kapitanın zəhrimarı olar, atam balası Sport24.az
22 sentyabr 2024, 12:52
- ↺ +

Kapitanın "zəhrimar"ı olar, atam balası

CEYHUN ƏLİYEV

Emin Mahmudov artıq "Neftçi"nin kapitanı deyil. Bununla bağlı paylaşım edən yarımmüdafiəçi bazubəndi 6 il fəxrlə daşıdığını dilə gətirib. İstənilən komandanın kapitanı olmaq şərəfdir, ələlxüsus da "Nefrçi" kimi çəkiyə sahib klubun. Ancaq məsələ burasındadır ki, bazubəndin qolda olması hələ kapitan olmaq anlayışına gəlmir.

Kapitan komandanın ən yaxşı oyunçusu olmaq demək deyil. Kapitan komandanın ən yaşlı oyunçusu (və ya oyunçularından biri) olmaq anlamına da gəlmir. Kapitan olmaq üçün ruh olmalıdı. O bazubəndin daşıyıcısı bunu məşqdə də, oyunda da, kollektivlə birlikdə əylənəndə də nümayiş etdirməlidi. Deyək ki, məşq və asudə vaxt zamanı kluba aidiyyatı olmayanların bunu görməsi demək olar ki, mümkünsüzdü. Bəs oyunda?

"Bəxt üzüyü" filmində deyilən və dillər əzbərinə çevrilən ifadədən istifadə etmək istəyirəm: "Pobolşe zəhrimara". Emin Mahmudovun simasında nə vaxtsa həmin "zəhrimar"dan görən olub? Bəli, futbolçu keyfiyyətləri Azərbaycan ölçüləri ilə (Azərbaycan ha!) müsbət fikir söyləməyə əsas verir. Ancaq axı, biz Mahmudovun İsveçin qapısına vurduğu qolu müzakirə etmirik.

Emin Zaur Tağızadədən sonra "Neftçi"nin növbəti simvoluna çevrilə bilərdi. Ancaq Rusiya turnesi öncəsi Türkiyənin aşağı divizionundan gələn daha sərfəli təklifin cazibəsi onu elə məst etdi ki, forma sevgisi unuduldu və yalnız ən yüksək səviyyədə "eksklüziv" təklif aldıqdan sonra "ağ-qaralar"ın toplanışının son hissəsində iştirak etdi.

Biz vaxtilə Rəşad Sadıqov kimi Kapitan görmüşük, istər "Neftçi"də olsun, istərsə də millidə. Adam 22 yaşında ikən sarğıya sahib çıxanda kiminsə zərrə qədər şübhəsi qalmırdı ki, bazubənd məhz onda olmalıdı. Mahmudov isə onsuz da "0"-a yaxın olan kapitanlıq ambisiyasının son hissəciyini millimizin oyununda itirdi. Bəli, Ramil Şeydayev həmin epizodda olduqca pis hərəkət etmişdi, ancaq əsl kapitan topu ona güzəştə getməməli idi.

Bəli, "Neftçi" bu gün ən ağır günlərini yaşayır. Belə bir məqamda baş məşqçi kapitanı dəyişirsə, deməli, Mahmudov tək meydanda deyil, məşqdə də, kollektivin asudə vaxtı keçirdiyi zaman da lider olmağı bacarmır. O ki qaldı Şeydayevə, oyunçu keyfiyyətlərinə görə, böyük ehtimalla, Emindən geri qalır, ancaq "pobolşe zəhrimara" mövzusunda komandanın 2 oyunçusundan (digəri Yuri Matias) biridir. İndiki halda isə Emin Mahmudov küsəyənlik nümayiş etdirmək əvəzinə, itirdiyi kondisiyalarını qaytarmaq haqda düşünməlidi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər