Özbəkistan millisi baş məşqçi Fabio Kannavaronun rəhbərliyi altında ilk məğlubiyyətini alıb.
İdman.Biz bildirir ki, bu gün Özbəkistan millisi Marselo Byelsanın Uruqvay komandası ilə yoldaşlıq görüşü keçirib.
Oyun Malayziyanın Kuala Limpur şəhərində baş tutub. Uruqvay qarşılaşmada 2-1 hesabı ilə qalib gəlib.
Qolları Uruqvaydan Fakundo Torres (51), Xuan Sanabria (60), Özbəkistandan isə Ruslanbek Ciyanov (82) vurublar.