top
Kamran Quliyev: Həmişə də ilk tənqid atamdan gəlir” Sport24.az
19 avqust 2024, 12:00
- ↺ +

Kamran Quliyev: "Həmişə də ilk tənqid atamdan gəlir”

"Səbail" ilə görüşdə mövsümdə ilk oyununa çıxan Kamran Quliyev vurduğu qolla "Sumqayıt"ın qələbəsində pay sahiblərindən biri olub. 24 yaşlı hücumçu Sport24.az-a müsahibəsində həm debütündən danışıb, həm də bizi maraqlandıran başqa sualları cavablandırıb.

 

- "Səbail" üzərində qazanılan qələbədə sənin də töhvən oldu. Oyunla bağlı fikirlərini bölüşməyini istərdik...
- Çətin oyun olacağını əvvəlcədən bilirdik. Matç bizim üçün "ağır" keçdi. 90 dəqiqənin taleyini bir qol həll edəcəyini fikirləşdiyimiz anda qapımızda qol gördük. Ruhdan düşmədik və son saniyələrdə istədiyimiz nəticəni əldə edə bildik. Qələbə qazandığımız üçün sevincliyik, uğurumuzu davam etdirmək istəyirik.

 

- Mövsümdə ilk qolunu vurdun. Oyundan öncə fərqlənəcəyini düşünürdün?
- Əslində, mövsümdə ilk oyunuma çıxdım və qol vurdum. Əlbəttə ki, buna görə çox sevincliyəm. Əvvəlcədən qol vuracağımı güman etmirdim. Amma məşqlərdə üzərimdə çox çalışırdım ki, fərqlənim.

 

- Ötən mövsüm çoxları "Sumqayıt"ın mükafatçılar sırasında yer alacağını gözləmirdi, amma komandanız bunu bacardı. Necə fikirləşirsən, bu il də ən azı ötən mövsümkü nəticəni təkrarlaya bilərsiz?
- Hələ mövsüm yeni başlayıb.
Qarşıda uzun marafon var. Əlbəttə ki, istərdik ki, minimum ötənilki nəticəni təkrarlayaq, mükafatçılar arasında yer alaq. Son üç oyun göstərdi ki, pis çıxış etmirik. İki qələbə bir yenilgi almışıq. Hətta məğlub olduğumuz qarşılaşmada belə üstün performans sərgilədik. Sadəcə, əlimizə düşən fürsətləri qola çevirə bilmədik. İrəlidəki turlarda daha da yaxşı oynayacağıq.


- Futbolçu ailəsində dünyaya göz açmısan. Atan Rüfət Quliyev ölkə futbolunda tanınmış simadı. Hər oyundan sonra valideyninlə söhbət edir, onunla müzakirələr aparırsan?
- Tənqidlər əlbəttə ki, olmalıdı. Tənqidlərə açıq biriyəm. Həmişə də ilk tənqid atamdan gəlir. Hər oyundan sonra atamla çıxışımı dəyərləndiririk. Atamın iradları mənim üçün çox vacibdi və futbolçu kimi inkişafıma da təsiri var.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 21:06

Bakıda cüdo üzrə U-17 yeniyetmələr arası şəhər birinciliyində medalçılar müəyyənləşdi

Voleybol
Bu gün, 21:00

Ayşən Əbdüləzimova: Turanın 3-0 Maritsa qələbəsi ilə CEV Çempionlar Liqasında tarix yazma hədəfi

Qarabağ FK
Bu gün, 20:54

Cüneyt Biçer Toral Bayramovun “Bursaspor”da mövqeyini dəyərləndirdi: “Hər keçən gün onun xeyrinə işləyir”

Futbol
Bu gün, 20:42

Vilyam Qallas: "Arsenal" bu mövsümdə müdafiədə çox güclüdür və çempionluq uğrunda ciddi namizəddir

Digər
Bu gün, 20:27

6 yaşlı Azərbaycanlı Selin Tağızadə Avstriyada beynəlxalq idman dırmanma yarışında

Futbol
Bu gün, 20:27

Borussia München 17 yaşlı Vael Mohaya ilə müqaviləni yeniləməyi planlaşdırır

Futbol
Bu gün, 20:13

İnfantino, Trampa əlaqələri səbəbindən ABŞ Konqresində çağırıla bilər

Futbol
Bu gün, 19:51

De Yonq: Çox az insan matçları 90 dəqiqə izləyir – müdafiəçi izah edir

Futbol
Bu gün, 19:37

İraq, İranın futbol komandasına təyinat sənədi üçün təyyarə enişinə icazə vermədi

Digər
Bu gün, 19:32

Tofiq Musayev: Zəfər Gününü qürurla qeyd edirik

Futbol
Bu gün, 19:29

"Bode-Glimt"ə evində Mançester Siti, İnter, Sporting və Bormuniya məğlub olub (Çempionlar Liqası)

Futbol
Bu gün, 19:28

Marafon və Dinamo qələbə qazandı

Digər
Bu gün, 19:22

Avstraliyada Kotton Kubokunda atdan yıxılan 22 yaşlı jokey İzzi Nil vəfat edib

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Futbol
Bu gün, 19:01

Oleq Baklov "King’s Cup 2026" turnirində Tacikistan millisinə dəvət olundu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Oxşar xəbərlər