"Qarabağ"ın zədələnən futbolçusu Kamilo Duran komanda ilə məşqlərə başlayacaq. Sport24.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb:
"Klubun tibbi heyəti UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə cavab oyununda zədələnən Kamilo Duranın vəziyyətinin yaxşı olduğunu açıqlayıb. Futbolçu komanda ilə məşqlərə başlayacaq".
Qeyd edək ki, kolumbiyalı oyunçu İngiltərədə 2:3 hesabı ilə məğlub olduqları matçın ikinci hissəsində zədələnərək meydanı tərk etmişdi.