"Qarabağ"ın futbolçusu Kamilo Duran sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, 23 yaşlı vinger İspaniyada "Atletik"ə uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb.
Kolumbiyalı oyunçu matçdan fotolarını paylaşıb və bunları yazıb:
"Bu, yalnız başlanğıcdır. Sona qədər mübarizə aparacağıq".
Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibinə 1:3 hesabı ilə uduzub.