"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa Fransa millisinin düşərgəsini tərk edib. Sport24.az "RMC Sport"a istinadən xəbər verir ki, futbolçu Ukrayna ilə matçda zədələnib.
Mənbənin sözlərinə görə, yarımmüdafiəçi bud əzələsindəki problem səbəbindən Madridə qayıdıb.
Qeyd edək ki, Fransa noyabrın 16-da Bakıda millimizlə qarşılaşacaq.