 Report.az
                                                    Report.az
                                            
                    
                    FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək "Napoli" (İtaliya) – "Ayntraxt" (Almaniya) oyununun baş hakimi olacaq.
"Report" xəbər verir ki, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Noyabrın 4-də Çerkola şəhərində yerləşən "Cüzeppe Pikkolo" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlanacaq.
