top
Kamal Quliyev: Səhhətimdə ciddi problem var, müalicə üçün 40 min manat lazımdır Idman.biz
08 dekabr 2025, 11:01
- ↺ +

Kamal Quliyev: Səhhətimdə ciddi problem var, müalicə üçün 40 min manat lazımdır

Veteran futbolçu Kamal Quliyev bir neçə gün öncə xəstəxanadan evə buraxılıb.

K.Quliyev futbolinfo.az-a müsahibəsində hazırkı durumundan bəhs edib. Baş məşqçi təyin olunduğu "Qaradağ Lökbatan"dan da xəstəlik səbəbindən ayrılan sabiq yarımmüdafiəçinin acınacaqlı vəziyyətdə olduğunu deyib.

– Kamal müəllim, səhhətiniz hazırda necədir?

– Belə də… Hələlik həkimlərin nəzarəti altında evdə müalicə alıram. İstənilən vəsait, yəni maliyyə olmadığı üçün hələlik bu şəkildə davam edəcək.

– Xəstəliyiniz nədir?

– Qaraciyərimdə ciddi problem var. Nə desən var. Analizlər yanımda deyil, qanımdakı göstəricilərin faizlərini dəqiq deyə bilmirəm, vallah başım çıxmır. Hər şey göstərilib. Ola bilər ki, qaraciyər dəyişilsin, əməliyyat da tələb oluna bilər.

– Müalicəniz üçün nə qədər pul tələb olunur?

– 40 min manat.

– Belə vaxtınızda futbolçu dostlarınızdan kimlərin dəstəyini gördünüz?

– Buradan Ramiz Məmmədova sonsuz minnətdarlığımı bildirirəm. Həmçinin Arif Əsədova, Rəşad Abdullayevə, Kənan Kərimova, Ruslan Emircanova, İlham Yadullayevə, Vadim Vasilyevə, Nəcməddin Musayevə, Mirhüseyn Vəfadara, Azər Məmmədova, Vitali Kavalyova və Zaur İsmayılova dərin təşəkkür edirəm. Xüsusilə Ramiz Məmmədova ayrıca minnətdarlıq düşür.

– Bəs AFFA-dan zəng edən, maraqlanan olub sizinlə?

– Özüm müraciət etməmişəm. Bilmirəm, bəlkə xəbərləri yoxdur. Keçən il özbəklərlə yoldaşlıq oyunu ərəfəsində müalicə alırdım. Bunu eşidən federasiya rəhbərliyi, çox sağ olsunlar, mənə zəng etmişdilər. O vaxt telefon məndə olmurdu, ailəmdə idi. Onlarla danışanda hərtərəfli dəstək göstərmək istədiklərini söylədilər. O zaman imkanım var idi, özüm həll edəcəyimi dedim və onlara sonsuz təşəkkürümü bildirdim. Qürur hissi keçirdim. Axı, mən 10 il milli komandanın formasını əbəs yerə daşımamışam. Dəfələrlə öz hesabıma millinin düşərgəsinə getmişəm. Belə münasibətdən necə qürur duymayım? Amma müraciət edəcəyəm.

– İllərinizi həsr etdiyiniz "Neftçi"dən necə, zəng gəlib?

– Bilənlər bilir, futbolçu karyeramın ən gözəl çağları "Neftçi" ilə bağlıdır. 6-7 il zarafat deyil. Bir vaxtlar komanda yiyəsiz qalmışdı, çoxları tərk etdi, amma mən sona qədər komandanın uğuru üçün əlimdən gələnin artığını etdim. Bunu Kazbek Tuayev də təsdiqləyər. Çünki həmin vaxt baş məşqçi o idi. 6 ay pulsuz-parasız oynadım, komandanın uğuru üçün canımı belə qoydum. Allah eləməmiş zədə alsaydım, bu, karyerama çox pis təsir edəcəkdi. Çünki komandada heç nə yox idi, ancaq bir naşatır, bir də "consonbebi" yağı var idi.

– Yəni, uman yerdən küsərlər…

– Elədir. Çünki mən bu komandanı ürəkdən sevirdim. "Neftçi" mənim üçün "Real", "Barselona", "Yuventus", "Milan" kimi bir komanda idi. İllər keçdi, doğma klubuma "Neftçi"yə məşqçi kimi qayıtdım. Bu qayıdışı Sadıq Sadıqova borcluyam. Mən elə bir prezident tanımadım ki, komanda ilə onun kimi yaşayırdı. Günün hər anı, yatanda, duranda, yolda, hər yerdə komandanı düşünürdü. Qayıdışım çox uğurlu oldu. Üç il ardıcıl çempionluq yaşadım, bir ildə həm çempion oldum, həm də kubok qazandıq – yəni "dubl" etdik. Və sonra "ağ-qaralar"la ilk dəfə Avropa Liqasının qrupuna düşdük. Həm futbolçu kimi, həm məşqçi kimi ən böyük uğurlarım "Neftçi" ilə bağlıdır. Bu komandanın uğuru üçün vurulmuşam.

– İndi də növbə klubdadır…

– Bəli, indi mənə kömək lazımdır. Necə ki, vaxtilə mən bu komandadan üz döndərməmişdimsə, indi növbə komandanındır. Hazırda komandanı idarə edən insanlar futbolu bilən, dəyər verən, qayğı göstərən şəxslərdir. İnanıram ki, keçmiş unudulmur. Çünki keçmişini unudan gələcəyə ümidlə baxa bilməz.

– Bəs siz özünüz müraciət etməyi düşünürsünüz?

– Düzdür, müraciət etməmişdim, amma artıq elə bir həddəyəm ki, inşallah müraciət edəcəyəm və inanıram ki, rəhbərlik keçmişi heç vaxt unutmaz. Bir tərəfdən isə inanın Allaha çox utanıram.

– Niyə utanırsınız?

– Çünki mən belə olmamışam. Meydanda necə vuruşmuşam, necə mübarizə aparmışam. İndi belə bir vəziyyətə düşüb mübarizə apara bilmirəm.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:01

Milanın baş məşqçisi Ruben Amorim, Manchester United kapitanı Bruno Fernandeşi cəlb etmək istəyir

Futbol
Bu gün, 05:11

PSJ-nin ardıcıl ikinci il Qızıl Top mükafatını qazanması böyük qürurdur

Futbol
Bu gün, 04:47

Harri Keyn 30 ildən sonra Bundesliqanın ilk Qızıl Top mükafatını qazandı

Futbol
Bu gün, 04:13

Lamin Yamalın əmisi Ballon d'Or səsverməsini tənqid etdi: “Keynin oynamağa üç günü qalıb”

Futbol
Bu gün, 03:34

Harry Kane “Qızıl top”un qalibi bəlli oldu

Futbol
Bu gün, 03:12

Keyn 25 ildən sonra “Qızıl top”u qazandı, London yubiley mərasimində İspaniya və Barselona qalib gəldi

Futbol
Bu gün, 02:06

“Sevilya” Osasuna’yı 2-0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 01:44

İspaniya milli komandası baş məşqçisi Luis de la Fuente 'İlin məşqçisi' mükafatını qazanıb

Futbol
Bu gün, 01:30

PSJ, ‘Lion’u 2:0 məğlub edərək Liqa 1 liderliyini ələ alıb

Futbol
Bu gün, 01:25

Britaniyalı yuxu məşqçisinin Cristiano Ronaldonun qeyri‑adi vərdişləri barədə açıqlamaları

Futbol
Bu gün, 01:20

Lamin Yamal, Üçüncü Dəfə Yılın Ən Yaxşı Gənc Futbolçusunu Qazanır

Futbol
Bu gün, 01:00

Lamin Yamal "İlin gənc istedadı" mükafatını üçüncü dəfə qazanaraq tarix yazdı

Qarabağ FK
Bu gün, 00:59

Qarabağ – Dinamo matçının hakimləri: Estoniyalı Karl Koppel, Riivo Stolts, Tor Vaas və dördüncü Ali Əliyev

Futbol
Bu gün, 00:43

Xankəndi baş məşqçisi: Kubokda rotasiya, əsas hədəf liqada qalmaq

Futbol
Bu gün, 00:32

Qalatasaray 2-1 Fənərbağça: Osimhenin qolları liderliyini qorudu

Futbol
Bu gün, 00:28

İstanbul derbisində Qalatasaray 2-1 qalib gəldi

Şahmat
Bu gün, 00:07

Murad İbrahimli “Şirvan Open” beynəlxalq şahmat festivalının A qrupunda birincilik qazandı

Futbol
Dünən, 23:43

Mbappe "Qızıl Top" tarixində ilk onluğa ardıcıl doqquzuncu dəfə daxil olan ilk fransalı futbolçu oldu

Futbol
Dünən, 23:30

İspaniya mətbuatı Bakıda yeni U-15 futbolistlərini axtarır

Futbol
Dünən, 23:17

Qızıl Top rəsmi saytının səhv paylaşımı: 2026-cı ilin qalibləri barədə yanlış məlumat

Futbol
Dünən, 23:15

Cristiano Ronaldo 30 günlük qəsdən sonra Portuqaliya milli komandasında oyuna qayıdır

Futbol
Dünən, 22:58

Qızıl Top rəsmi saytında qalibin fotoşəkili erkən yayımlandı

Futbol
Dünən, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı;

Futbol
Dünən, 22:35

Arsen Venger: VAR artıq futbolun ayrılmaz hissəsidir

Oxşar xəbərlər