top
Kamal Quliyev müalicəsi, dəstək olanlar və gözləntiləri barədə danışdı Idman.biz
07 yanvar 2026, 23:10
- ↺ +

Kamal Quliyev müalicəsi, dəstək olanlar və gözləntiləri barədə danışdı

Azərbaycan millisinin və "Neftçi"nin sabiq futbolçusu Kamal Quliyev hazırda davam edən müalicə prosesi, ona göstərilən dəstək və futbol ictimaiyyətindən gözləntiləri ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, Kamal Quliyev "Apasport"a hazırda müalicəsinin davam etdiyini bildirib.

"Müalicəm davam edir. Birinci mərhələni tamamladıq. İndi ikinci kurs müalicə üçün hazırlaşıram", - o deyib.

Sabiq futbolçu indiyədək ona dəstək olan şəxslərə minnətdarlığını ifadə edib: "Neftçi" rəhbərliyinə təşəkkürümü bildirirəm. İlk müalicəyə çox böyük dəstək verdilər. Daha sonra Qurban Qurbanova təşəkkür edirəm. Allah onun balalarını xoşbəxt etsin. "Sumqayıt" komandasına, klubun prezidenti Riad Rəfiyevə, o vaxt mənlə futbol oynayan uşaqlara minnətdaram. Onlar imkanı çatan qədər mənə dəstək olublar. Hamısının adlarını saymasam da, özləri bilirlər. Onlara təşəkkür edirəm. Adlarını çəkdiyim adamlar mən müraciət etmədən mənə dəstək olublar".

Maddi məsələlərə də toxunan sabiq milli üzvü bildirib ki, müalicə ciddi xərc tələb edir: "Müalicədən sonra məbləğ açıqlanacaq. Bu müalicələrin hamısı yüksək vəsait, xərc tələb edir. Hər şey qan qiymətinədir".

O, AFFA ilə də əlaqə saxladığını qeyd edib: "Federasiya ilə danışmışdıq, o vaxt xəstəxanada müalicə alırdım. Görüşmək mümkün olmadı. AFFA-ya çağırmışdılar, danışdıq ki, bayramdan sonra görüşək. İnşallah, sabah və ya birigün görüşə gedəcəm".

Kamal Quliyev çıxış etdiyi klublardan "Karvan"ın ona dəstək olmadığını söyləyib: "Oynadığım və şərəfini qoruduğum klublardan yalnız "Karvan" qalıb. Sağ olsun, Kənan Kərimov öz şəxsi vəsaiti ilə mənə dayaq olub, kömək göstərib. İnşallah, Kənan müəllimlə danışmışam, klub rəhbərləri ilə də görüş olacaq. Çünki rəhbərlik hazırda orada deyil. Ümid edirəm ki, onlar da öz dəstəklərini göstərəcəklər. Mən "Karvan" klubunun yaradıcılarından biri olmuşam. Klub rəhbərliyi ilə aramızda hər zaman çox xoş münasibətlər olub. Həmin insanlar daim ehtiyacı olanlara əl tutublar, xeyirxah insanlardır. Vallah açığı, digər klublara müraciət etməmişəm. İnanın, nəsə istəyəndə xəcalət çəkirəm. Utanıram".

Sonda sabiq futbolçu komanda yoldaşları üçün darıxdığını və onlarla görüşmək istədiyini vurğulayıb: "Rəşad Sadıqovu görmək istəyirəm. Onun o qədər gözəl söhbətləri var ki, insan qulaq asdıqca doymur. Həm də çoxdandır görmürəm. Zaur Tağızadəni də görmək istərdim, Elçin Rəhmanovu da. Çox darıxıram, çox sıxılıram. Digər komanda yoldaşlarımla danışırıq - Vüqarla, İlhamla, Zaurla, Ariflə, Ramizlə, Kənanla, Vitaliklə və digərləri ilə əlaqədəyik. Amma bəzilərini çoxdandır görmürəm".

Qeyd edək ki, Kamal Quliyev qara ciyər sirrozundan əziyyət çəkir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:29

“Beşiktaş” və “Trabzonspor”un oyunlarına hakim təyinatları açıqlanıb

Digər
Bu gün, 18:11

“Əl-Nəsr” borca görə satışa çıxarılır: Ronaldo klubun ortağı olacaq

Qarabağ FK
Bu gün, 18:10

AFFA İntizam Komitəsinin iclası keçirilib

Futbol
Bu gün, 18:00

FIFA Araz-Naxçıvan futbolçusuna 154k USD ödəniş qərarı

Digər
Bu gün, 17:39

NBA-da 81-ci mövsüm başlayır: favoritlər kimlərdir və çempion necə müəyyənləşəcək? - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 17:28

Şahin Diniyev “Sabah” - “Borussiya” oyunu barədə proqnoz verdi

Digər
Bu gün, 17:20

Millinin mövqeyi dəyişmədi

Digər
Bu gün, 17:12

"Liverpul" səs-küylü qış transferinə hazırlaşır

Digər
Bu gün, 17:01

Naxçıvan stadionu təmirə bağlanır? - KLUBDAN AÇIQLAMA

Futbol
Bu gün, 17:00

Mauro İkardi Qalatasaray'dan ayrıldı, Beşiktaş və İngiltərə klubları maraqlanır

Futbol
Bu gün, 16:53

Mourinyonun etirazından sonra El‑Klasiko üçün hakim dəyişdirildi, yeni hakim hələ açıqlanmayıb

Digər
Bu gün, 16:40

Son dəqiqələrin qəhrəmanı: Tellur Mütəllimovun hekayəsi - VİDEO

Digər
Bu gün, 16:34

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Qarabağ FK
Bu gün, 16:26

Xəyal etdi, inandı, qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının “Changan Q07” qalibi danışdı - VİDEO

Digər
Bu gün, 16:24

“Kəpəz” Birinci Liqanın bombardirini transfer etmək istəyir

Futbol
Bu gün, 16:20

İnтер "Flamenqo"nun hücumçusunu transfer etmək istəyir

Futbol
Bu gün, 16:12

Coy-Lens Mikels: “Almaniyada alınmadı” – Dortmund klubuna dair açıqlamalar

Futbol
Bu gün, 15:50

Borussiya futbolçuları Bakıda futbol-tennis oynadı

Digər
Bu gün, 15:42

“Ronaldu komandanı da, məni də yarı yolda qoydu”: Ten Haq “Mançester Yunayted”in sirlərini açıqladı

Digər
Bu gün, 15:40

Ruslar özbəkləri seçdi

Qarabağ FK
Bu gün, 15:27

“Qarabağ”ın sabiq futbolçusu: “Sabah”dan uğurlu nəticə gözləyirik”

Digər
Bu gün, 15:11

Voleybol üzrə Azərbaycan çempionu “Turan” “Mladost”a qarşı: Tovuz klubu Avropada sözünü deyə biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 15:00

Luis Enrike: Barcelona dünyanın ən yaxşı komandalarındandır, ideal komanda yoxdur

Futbol
Bu gün, 14:57

Vitinya: "Barçelonanın inanılmaz yarımmüdafiə xətti var, maraqlı taktiki mübarizə gözləyirik"

Oxşar xəbərlər