top
Kadi Borges: Neftçi ilə oyunda qələbə qazanmaq bizim üçün çox önəmlidir - MÜSAHİBƏ Report.az
19 aprel 2025, 12:07
- ↺ +

Kadi Borges: "Neftçi" ilə oyunda qələbə qazanmaq bizim üçün çox önəmlidir" - MÜSAHİBƏ

"Qarabağ" klubunun braziliyalı futbolçusu Kadi Borges "Report"a müsahibə verib. Yarımmüdafiəçi Misli Premyer Liqasının XXXI turunda qarşılaşacaqları "Neftçi" ilə oyun və Ağdam təmsilçisinin çempionluq şansları barədə danışıb. O, həmçinin komandasının növbəti mövsüm avrokuboklarda iddialı çıxış edəcəyini vurğulayaraq, azarkeşlərə sevinc bəxş etmək istədiklərini söyləyib.

- Bu gün Premyer Liqada "Neftçi" ilə qarşılaşacaqsınız. Bu görüşdən gözləntiləriniz nədir?

- Hər zaman olduğu kimi meydana qələbə üçün çıxacağıq. Dəyişən bir şey yoxdur. Hədəfimiz 3 xal qazanmaqdır. Lakin "Neftçi" ilə oyunu derbi adlandırardım. Bu komandaya qarşı oyunlarımız Azərbaycanda böyük marağa səbəb olur. Ümid edirəm ki, dediklərim yenə istisna olmayacaq. Həftə ərzində görüşə çox ciddi hazırlaşmışıq. Komandada ab-hava olduqca yaxşıdır. Ümid edirəm ki, azarkeşlərimizə qələbə bəxş edə biləcəyik.

- "Qarabağ" bu tur çempionluğu rəsmiləşdirə bilər. Bunun üçün komanda "Neftçi"yə qalib gəlməli, Ağdam təmsilçisinin ən yaxın izləyicisi "Zirə" isə "Sumqayıt"la matçda xal itirməlidir. Sizcə, bu həftə qızıl medalları özünüz üçün təmin edə biləcəksiniz?

- Biz hər şeydən əvvəl öz oyunlarımıza köklənirik. Prinsipimiz ondan ibarətdir ki, bir qarşılaşmanı qələbə ilə başa vurduqdan sonra dərhal növbəti matça köklənirik. Çempion ola biləcəyimiz həftəni yaşayırıq. Gedişatın fərqindəyik. Lakin hələ ki, "Neftçi" ilə görüşü düşünürük. Qələbə bizim üçün çox vacibdir. Çünki ilk növbədə öz üzərimizə düşəni etməliyik.

- Komandaya qış fasiləsində qoşuldunuz və son 9 tur ərzində 5 qol vurmaqla yanaşı, bir neçə matçda qələbədə pay sahibi oldunuz. "Qarabağ"a dönərkən performansınızın yüksək olacağını gözləyirdiniz?

- Bəli, performansımın yüksək olacağını hiss edirdim. Çünki hər oyundan-oyuna gücümü artırmağı özümə hədəf seçmişəm. Hər zaman inkişaf etməyi sevən futbolçuyam. Düzdür, nəticələrim pis deyil, lakin düşüncələrim daha böyükdür. Hər gün bunun üzərində çalışıram. Düşünürəm ki, potensialım buna imkan verir. Həm özümə, həm də "Qarabağ"a faydalı olmaq istəyirəm.

- Siz komandanın düşərgəsinə qoşularkən "Qarabağ" Avropa Liqası ilə vidalaşmışdı. Necə düşünürsünüz, cari mövsümün əvvəlindən heyətdə yer alsaydınız, komandanın çıxışı daha yaxşı alınardı?

- Bu suala cavab verməkdə çətinlik çəkirəm. Mövsümün əvvəlində komandanın heyətində yer alsaydım, bəlkə də nəticələr daha pis olardı. Nə bilirsiniz, bəlkə UEFA Avropa Liqasının Liqa mərhələsinə belə vəsiqə qazanmaya bilərdik. Ehtimallar üzərinə danışmaq mənim üçün çətindir. Gələcəkdə çata biləcəyimiz hədəflər barədə danışmaq daha məqsədəuyğundur.

- Qış fasiləsində klubla 4 illik müqavilə bağladınız. Qarşıdakı illərdə "Qarabağ" azarkeşləri komandadan avrokuboklarda istədikləri oyunu görə biləcəklər?

- Yenə də ehtimala bağlı olan bir sualdır. Real həyatda yaşadığımız üçün dəqiq gördüyümüz hadisələr barədə danışa bilərik. Futbolun görünən və görünməyən tərəfləri çoxdur. Əvvəlcədən nəsə demək çətindir. Bəzən elə olur ki, karyeranın ən gözəl oyununu oynayırsan, lakin məğlub olursan. Yaxud əksinə, parlaq çıxış etmədiyin təqdirdə qələbə sənin olur. Mən öz adıma söz verə bilərəm ki, futbolçu olaraq bacardığımın ən yaxşısını ortaya qoyacağam. Təbii ki, komanda yoldaşlarımın da hədəfləri yüksəkdir. Hər birimiz gələcəyə nikbin baxırıq. Növbəti mövsüm avrokuboklarda uğurlu çıxış etmək istəyirik. Lakin necə olacağını zaman göstərəcək.

- 2022-ci ildə "Qarabağ"dan ayrıldıqdan sonra Rusiya və Macarıstan çempionatlarında çıxış etdiniz. Azərbaycan Premyer Liqası ilə həmin çempionatları necə müqayisə edərdiniz?

- Bir qədər Rusiya çempionatını fərqləndirə bilərəm. Oyunların təşkili və struktur fərqlənir. Çempionat daha yüksək səviyyədədir. Lakin Macarıstan liqası ilə arada böyük fərq yoxdur. Azərbaycanda çıxış edən futbolçuların keyfiyyəti Macarıstandakından çox da seçilmir. Matçların səviyyəsi də böyük ölçüdə fərqlənmir. Bir məsələni qeyd edə bilərəm ki, Macarıstanda azarkeşlər yerli çempionata daha çox maraq göstərirlər. Təəssüf ki, Azərbaycanda belə deyil.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər