top
Kadi Borges: Meydanda azarkeş yox, on bir nəfər mübarizə aparır Idman.biz
01 noyabr 2025, 11:08
- ↺ +

Kadi Borges: "Meydanda azarkeş yox, on bir nəfər mübarizə aparır"

"Çelsi"yə qarşı evdə oynayacağıq, azarkeşlərin də dəstəyi olacaq. Amma heç vaxt azarkeş sənin yerinə meydana çıxıb qaçmır, sənin üçün qələbə qazanmır. On bir nəfər o bir nəfərə qarşı meydanda mübarizə aparacaq".

"Qarabağ"ın braziliyalı futbolçusu Kadi Borges növbəti həftə Bakıda UEFA Çempionlar Liqasının IV turunda İngiltərənin "Çelsi" klubuna qarşı keçiriləcək oyuna hazırlaşmadıqlarını bildirib: "Hələ hazırlıqlara başlamamışıq. Sabahdan etibarən bu oyuna hazırlaşacağıq. Qələbə qazanmaq və yaxşı nəticə əldə etmək üçün çox qaçmalı, meydanda mübarizə aparmalıyıq. Azarkeşlərin dəstəyi çox vacibdir, amma biz də nəsə ortaya qoymalıyıq", - deyə teleqraf-a açıqlamasında deyib.

Kadi Azərbaycan Premyer Liqasının X turunda səfərdə "İmişli"ni 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə də danışıb:
"Çətin oyun oldu. Ümumiyyətlə, beşli müdafiə və qarşılarında üç hücumçu ilə oynayan komandaya qarşı mübarizə aparmaq həmişə çətin olur. Səbrlə çıxış etdik, bir neçə qol imkanı yaratdıq. Düzdür, bir neçəsini qaçırdıq, amma çox şükür ki, qalib gələ bildik. Ümumiyyətlə, bu tip oyunlarda çıxış yolu tapmaq və qələbə qazanmaq çox önəmlidir.

Rəqib komanda bu il elitaya yüksəlib deyə, hər kəs onlara necə gəldi qol vurmalı deyil. "İmişli" yaxşı komandadır. Oyunda da gördünüz ki, birəbir mübarizələrdə yaxşıdırlar, üstəlik, beşli müdafiə ilə oynayırdılar. Belə oyunlarda asanlıqla qol vurmaq mümkün deyil. O demək deyil ki, debütant komandadır deyə, hər gələn onlara beş top vurmalıdır. Pis komanda deyillər, çox qapalı oynayırlar. Çətinliklə də olsa, bu müdafiəni yarıb boşluqlar tapıb qələbə qazana bildik".

Braziliyalı futbolçu "Çelsi" ilə görüşə hazırlıqlar üçün yetərincə vaxt olduğunu düşünür: "Görürsünüz ki, istənilən rəqibə qarşı eyni fəlsəfə, eyni sistem və eyni oyun tərzi ilə çıxış edirik. Ona görə də baş məşqçinin sırf "Çelsi" ilə oyuna görə hansısa ciddi dəyişiklik etməsi gözlənilmir. Bu oyun da özlüyündə həmin matça bir hazırlıq idi. Mənə elə gəlir ki, bütün oyunlara eyni formada hazırlaşmaq lazımdır. Peşəkar futbolçu kimi mən oyunlar arasında fərq qoymuram. Təbii ki, bu oyun başa çatdı, növbəti oyun isə yeni və vacib qarşılaşmadır".

Qeyd edək ki, "Qarabağ" – "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Oxşar xəbərlər