"Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyo "Qarabağ"ın qələbəsi ilə bağlı paylaşım edib.
İdman.Biz xəbər verir ki, braziliyalı hücumçu "Qarabağ"ın dünən "Ayntraxt" üzərindəki əzmkar qələbəsini özünəməxsus sevinclə paylaşıb.
Juninyo sosial şəbəkə hesabının hekayə bölümündə, "Bunun bir parçası olduğum üçün çox xoşbəxtəm", deyə yazıb.
Qeyd edək ki, bir müddət əvvəl "Flamenqo"dan Meksikanın "Pumas" klubuna transfer olan 29 yaşlı futbolçu 2023-2024-cü illərdə "Qarabağ"da çıxış edib.