Azərbaycan Premyer Liqasının IX turunda "Kəpəz" "İmişli"ni qəbul edib.
Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:0.
Matçdan sonra "İmişli"nin yarımmüdafiəçisi Juninyo sportnet.az-a açıqlama verib.
"Yaxşı oyun idi. Əsasən də taktiki baxımdan baş məşqçinin göstərişləri düzgün idi. Oyunçularımız da bu təlimatlara əməl edərək qələbə qazandı."
22 yaşlı futbolçu növbəti turda "Qarabağ"a qarşı keçiriləcək görüş barədə də fikirlərini bölüşüb: "Çətin duel olacağını bilirik. Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlmək üçün meydana çıxacağıq."
Braziliyalı oyunçu qırmızı vərəqənin oyuna təsirindən də danışıb: "Qalibiyyət istəyi ilə mübarizə aparan kollektivik. Qırmızı vərəqə müəyyən qədər işimizi asanlaşdırsa da, fikrimcə, bu qələbədə əsas həlledici məqam bizim komanda oyunumuzdur."