İspaniyanın "Atletiko Madrid" klubunun hücumçusu Julian Alvares gələcək planları və arzuları ilə bağlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, Argentina millisinin üzvü karyerasında ən böyük titulları yenidən qazanmaq istədiyini gizlətməyib.
Alvares şəxsi hədəflərindən danışarkən bildirib ki, yenidən Dünya Çempionatını qazanmağı və "Atletiko Madrid""lə Çempionlar Liqasını udmağı xəyal edir.
Gənc hücumçu artıq Argentina yığmasının heyətində Dünya Çempionu tituluna sahibdir. İndi isə o, bu uğuru klub səviyyəsində Avropanın ən nüfuzlu turniri olan Çempionlar Liqasında təkrarlamaq niyyətindədir.
Qeyd edək ki, Julian Alvares "Atletiko Madrid"in hücum xəttində əsas fiqurlardan biri kimi çıxış edir və klubun böyük turnirlərdəki ambisiyalarında mühüm rol oynayır.