Portuqaliyalı mütəxsəssis Jorje Jezuş Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun baş məşqçisi təyin edilib.
"Report"un xəbərinə görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin müddəti açıqlanmayıb.
Xatırladaq ki, iyulun 25-də "Əl-Nəsr" 2024-cü ilin sentyabrından komandanı çalışdıran italiyalı Stefano Piolinin baş məşqçi postundan getdiyini elan edib.
Jezuşun 70 yaşı var, o, 2023-2025, , həmçinin 2018-2019-cu illərdə Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu çalışdırıb. Onun rəhbərliyi altında komanda üç dəfə Səudiyyə Ərəbistanı Superkubokunu, bir dəfə ölkə çempionluğunu və kuboku qazanıb. Daha əvvəl Jesuş "Benfika", "Flamenqo", "Fənərbağça" və digər klubların sükanı arxasında olub.