top
Jorj Kaşkilya Zirə ilə oyundan sonra: VAR-ın işindən yenə narazıyam Sport24.az
26 sentyabr 2025, 19:09
- ↺ +

Jorj Kaşkilya "Zirə" ilə oyundan sonra: VAR-ın işindən yenə narazıyam

"İmişli" Misli Premyer Liqasının 6-cı turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda "Zirə" ilə 1:1 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyun gözlədiyimiz kimi çox çətin keçdi. Meydanın bu vəziyyətdə olması çətinliyi daha da artırmışdı. "Zirə" çempionatın ən güclü komandalarından biridir, çempionluğa oynayan komandadır. Çox çətin oyun oldu. Buna baxmayaraq, uşaqlar özlərini itirmədilər, layiqli mübarizə apara bildilər. Birinci hissədə vurulan qol bizim üçün çox vacib idi. Buna görə ikinci yarıya daha rahat başladıq. "Zirə"nin yüksək keyfiyyətli oyunçularının olduğunu bilirdik. Xüsusən də yarımmüdafiə və hücum xəttində. İkinci hissədə onların təhlükəli hücumlarının qarşısını almağa hazır idik. Meydanın mərkəzindən hücum qura bilmirdilər. Ona görə də daha çox cinahlardan cərimə meydançamıza uzun ötürmələr verirdilər. Bu hücumların nəticəsində 1 qol buraxdıq. Belə komanda ilə oyunda heç-heçə bizim üçün pozitiv nəticədir.

 

- "Turan Tovuz"la oyunda son dəqiqələrdə qol buraxdız, bu gün "Zirə" ilə heç-heçə etdiz. Sizcə, "Qarabağ"ı məğlub etmək mümkündür?

- Əlbəttə ki, mümkündür. Top yumrudur. Bu, futboldur. Kiminsə bəxti daha çox gətirə bilər. Əgər "Qarabağ"ın pis günü, bizim isə yaxşı günümüzdürsə, mümkündür. Əksi də ola bilər. Nəzərə almaq lazımdır ki, "Qarabağ" çempionatın ən güclü komandasıdır.

 

- Qol buraxdığınız epizodu necə şərh edərdiniz?

- Meydançanın vəziyyətinə və yağış yağdığına görə ola bilər. Elə epizodlarda top oyunçulara dəyib kənara düşə bilər. Bizim vurduğumuz qolda da meydança amilinin təsiri var idi. 

 

- Qapıçı Andrey Sinenka inamlı çıxış edir. Bu gün ilk qolu buraxdı. Qışda onu itirəcəyinizdən qorxmursuz?

- Əlbəttə ki, hər şey mümkündür. Amma çalışacağıq ki, onu saxlayaq. Fantastik qapıçıdır. Məşqlərdə özünü yaxşı göstərir, komandada onu öz yeri var. Gördüyünüz kimi oyunlarda da inamlıdır. Əgər ona təkliflər olsa, biz işimizi davam etdirəcəyik. Bizim başqa oyunçularımız da var.

 

- Demək olar ki, Azərbaycan Premyer Liqasında uğur qazanmağın sirri fikizi hazırlığın yaxşı olmasıdır?

- Fiziki, fərdi və taktiki keyfiyyətlər vacibdir. Komandada taktiki intizamın olması vacibdir. Əlbəttə ki, "İmişli" fiziki cəhətdən güclü olduğunu göstərir. Məşqlərimiz çox sərt keçir. Amma çox qaçmaq futbol deyil. Əsas odur ki, komanda taktiki cəhətdən intizamlı oynasın.

 

- Hakim idarəçiliyi ilə bağlı fikirləriniz necədir?

- Yenə də VAR-ın işindən narazıyam. Rəqibin oyunçusu bizim futbolçuya qarşı sərt oynamışdı. Buna baxmayaraq, VAR müdaxilə etmədi. Bu oyundan üç xalla ayrılmaq istəyirdik. Amma "Zirə" kimi komanda ilə matçda bir xal da bizim üçün pozitiv nəticədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:49

Sabah Kapitanı Stas Pokatilov: UEFA Çempionlar Liqasında Ən Çox Qurtarış Edən İkinci Qapıçıdır

Qarabağ FK
Bu gün, 09:45

Riçard Almeyda Azərbaycana qayıtdı: Emosional paylaşımı ilə həsrətini izah etdi

Digər
Bu gün, 09:40

Kanada Rus millətinin gənclər dünyə çempionatına qatılmamasına qərar verdi

Futbol
Bu gün, 09:38

Yeddinci turun son dörd oyunu bu gün

Voleybol
Bu gün, 09:35

DH Volley Azərbaycan komandası CEV Çelenk Kubokunda növbəti oyununa çıxacaq

Basketbol
Bu gün, 09:31

LANDAU Lionsun məğlubiyyəti sonrası Erhan Toker səbəbləri açıqladı

Basketbol
Bu gün, 09:25

Murad Dikmen: Ev oyunlarını qələbə ilə bitirmək əsas məqsəddir

Futbol
Bu gün, 09:20

Devid Bekhem Manchester United'ı almağa çalışan konsorsiumun rəhbəri ola bilər

Voleybol
Bu gün, 09:13

DH Volley Azərbaycan komandası 1/32 finalında Danimarka ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

UEFA Avropa Liqası Dördüncü Turda 17 Oyun, Milan, Yuventus və Beşiktaş İştirak Edir

Qarabağ FK
Bu gün, 09:00

"Qarabağ"dan ayrıldı, 3 ildən sonra Kabo-Verde milli komandası tərəfindən dəvət alıb

Futbol
Bu gün, 08:50

UEFA Konfrans Liqası: Üçüncü turda 18 oyun – Trabzonspor, Ayaks, Monako və digərləri

Futbol
Bu gün, 08:40

Braziliya U‑20 matçında 54 qırmızı vərəqə və hakimin həyatı təhlükədə

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Oxşar xəbərlər