top
Jorj Kaşkilya: VAR ilk dəfə deyil ki, bizə qarşı qərar verir Sport24.az
29 noyabr 2025, 18:39
- ↺ +

Jorj Kaşkilya: VAR ilk dəfə deyil ki, bizə qarşı qərar verir

"İmişli" Misli Premyer Liqasının 13-cü turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda "Sabah"a 0:3 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyun çox çətin keçdi. Evdə uduzduğumuza görə məyusuq. Matça "Sabah" yaxşı başladı. Daha sonra oyunu bərabərləşdirməyi bacardıq. Hətta qol da vurduq. Bizim düşüncəmizə görə ofsayd yox idi. Amma VAR fərqli qərar verdi. İlk dəfə deyil ki, belə hallarda VAR bizim əleyhimizə qərar verir. İkinci hissədə ilk qola qədər bərabər oyun gedirdi. Futbolçular məğlub duruma düşdükdən sonra qol vurmaq üçün çox çalışdılar. Yaxşı şanslarımız olsa da, qol vura bilmədik. Rəqibi təbrik edirəm.

 

- Növbəti matçınız da kubokda "Sabah"a qarşıdır. Qışa müddətdə nəyi dəyişməyi düşünürsünüz?

- Eyni qaydada məşqlərimizə davam edəcəyik. Bu gün komandam yaxşı oyun nümayiş etdirdi. Qışa müddətdə iki matç olduğu üçün heyətdə bir neçə dəyişiklik olacaq. Çünki bərpa prosesi vacibdir. "Sumqayıt"la çempionat oyununu da düşünməliyik.

 

- "Sabah"ın baş məşqçisi bildirdi ki, bu stadion Premyer Liqa səviyyəsində deyil. Siz necə düşünürsünüz?

- Həmkarının sözlərinə hörmətlə yanaşıram. Bura bizim ev oyunlarını keçirdiyimiz stadiondur. Baxın görün biz evdə və səfərdə necə oynayırıq.

 

- "Neftçi" üzərindəki qələbədən sonra bu gün "Sabah"a böyük hesabla uduzduz. Meydança amilinin oyununuza təsiri oldu?

- Meydançadan çox rəqibimizi daha çox düşünürük. "Sabah"ın Premyer Liqada bir məğlubiyyəti var, o da bizimlə oyunda. Bu matça da qələbə üçün çıxmışdıq. Meydan barədə heç nə deməyəcəm. Çünki futbolda əsas olan taktiki yanaşmadır. 

 

- Bu gün 10 legionerlə meydana çıxmışdız. Əlinizdə imkan olsa, Azər Salahlının yerinə də əcnəbi futbolçu oynadırdız?

- Azər bizim kapitanımızdır, komanda üçün çox vacib oyunçudur. Bu gün səhv etməsi heç nəyi dəyişmir. Bu, futboldur, səhvlər olur. Əcnəbi futbolçular da səhv edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:19

Spalletti 'Yuventus' komandası da çətin vəziyyətdə: Cenoa mağlubiyyəti sonrası istefa çağırışları

Futbol
Bu gün, 14:40

Fənərbağça alman məşqçi Yulian Naqelsmannı namizəd etdi

Boks
Bu gün, 14:20

Edmond Xudoyan 10 ay sonra məğlubiyyətini siyasətə bağlayır

Cüdo
Bu gün, 13:49

Azərbaycanda adaptiv cüdo üzrə məşqçi kursu keçirildi

Qarabağ FK
Bu gün, 13:45

“Qəbələ – Qarabağ” matçının hakim və texniki heyət təyinatları açıqlanıb

Futbol
Bu gün, 13:40

UEFA 30,000 avro ilə Finlandiya Futbol Assosiasiyasını cərimələyib

Güləş
Bu gün, 13:33

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanacağını və qızıl medaldan imtina etdiyini etiraf etdi

Futbol
Bu gün, 13:20

Everton qış transferində Islandiyalı hücumçunu transfer etməyə çalışır

Aİ analiz
Bu gün, 13:16

Bill Qeyts süni intellektin idmanı əvəz edə bilməyəcəyini vurğuladı

Boks
Bu gün, 13:03

Məktəbli boksçu, jurnalistlərlə qarşıdurmada iştirak edib

Futbol
Bu gün, 12:59

Aydin Bayramov: Zire çətin dövrdədir, itkilər və sərt rəqiblərlə mübarizə aparır

Futbol
Bu gün, 12:44

Maldini, Totti, Giggz və Puyol: Karyeralarını bir klubda keçirmiş futbol tarixinin sadiq simaları

Futbol
Bu gün, 12:20

PSJ, 120 milyon avroluq hücumçusu Dezire Due ilə müqaviləni uzatmaq üçün danışıqları davam etdirir

Qarabağ FK
Bu gün, 12:00

Aftandil Hacıyev: “Rəqibdən geri qalmadıq, sabah matçına inamla gedirik”

Olimpiada
Bu gün, 11:56

İki Azərbaycanlı taekvondoçu Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında yarışacaq

Futbol
Bu gün, 11:48

Real Madrid kiskapçısı Tibo Kurtua 'El Clasico'da iştirak etməyən sağlamlıq vəziyyəti barədə danışdı

Formula 1
Bu gün, 11:34

Maklaren yeni planı ilə podiuma qovuşmağı hədəfləyir

Voleybol
Bu gün, 11:27

Polina Rəhimova: DH Volley bu mövsüm böyük hədəflər qoyub

Cüdo
Bu gün, 11:20

İbrahim Talıbov Dakardakı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 55 kq çəki dərəcəsində jüdo yarışlarına qatılacaq

Digər
Bu gün, 11:07

Unibank, məktəblilərə pul idarəçiliyi təlimi təşkil etdi

Qarabağ FK
Bu gün, 11:05

Azərbaycan futbol Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlandı

Futbol
Bu gün, 11:00

29 oktyabr: «Fiorentina» - «Atalanta» və «Everton» - «Nyukasl» qarşılaşmaları da daxil olmaqla Avropa futbolunda günün oyunları

Futbol
Bu gün, 11:00

Amit Quluzadə: Fərdi səhvlər və təcrübəsizlik məğlubiyyətə yol açdı

Tennis
Bu gün, 10:52

Yelena Rıbakina, dünya birinci raketkası olduqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb

Oxşar xəbərlər