top
Jorj Kaşkilya: Güclü rəqiblərə qarşı müqavimət göstəririk Sport24.az
01 mart 2026, 19:11
- ↺ +

Jorj Kaşkilya: "Güclü rəqiblərə qarşı müqavimət göstəririk"

"Öz oyunçularımı təbrik edirəm. Taktiki cəhətdən yüksək səviyyədə çıxış etdik. "Turan Tovuz" son matçlarda qalib gəlir, psixoloji durumları üstündür. Amma onlara qarşı yaxşı mübarizə apardıq. Çətin oyun alındı. "Turan Tovuz" avrokuboklarda oynamaq istəyir. Çox intensiv oyun gedirdi. Taktiki cəhətdən oyunçularımdan razıyam. Rəqibin futbolçuları fiziki cəhətdən güclüdür. Onlar bu sarıdan bizdən güclü idilər. Amma oyun quruluşunda bizim yarımmüdafə xətti rəqibin yarımmüdafiəsinin qarşısını ala bilirdi. Oyunumuzdan razıyıq. Birinci hissədə 1-2 epizod yaratdıq. İkinci hissədə çətinlik çəkirdik. "Turan Tovuz"un mərkəz müdafiəçiləri təcrübəli və güclüdürlər. Rəqibin gücünü nəzərə alaraq, əlimizdən gələni edirdik. Biz hücumumuza daha çox diqqət yetirəcəyik. Meydana qələbə üçün çıxmışdıq. Amma oyunun gedişatından razıyıq. Heç-heçə bizim üçün pozitiv nəticədir".

 

Sport24.az xəbər verir ki, bu sözləri "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 22-ci turunun "Turan Tovuz"la (0:0)oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

 

O, jurnalistlərin suallarını da cavablandırıb:

 

- Komanda sonuncu dəfə 12-ci turda qələbə qazanıb. Bu qələbəsizliyin səbəbi nədir? Heyətin geniş olmaması mövsümün sonuna yaxın sizə daha çox çətinlik yaradacaq?

 

- Limitli resursları olan "İmişli" kimi komanda üçün çətindir. Onu da nəzərə almaq lazımdır ki, müəyyən oyunlarda bəxt amili bizə qarşı olub. "Karvan-Yevlax" və "Araz-Naxçıvan"a qarşı matçlarda qələbə əlimizdən çıxdı. Bəxt məsələsində nəsə edə bilmərik. Hər oyunda qalib gəlmək istəyirik. Bizim üçün üç xal qazanmaq əsas məsələdir. Son 8 oyunun ikisində uduzmuşuq. "Qəbələ" və "Qarabağ" kimi nəhəng rəqibə qarşı. "Turan Tovuz"la görüşdə qol buraxmadıq. Güclü rəqiblərə qarşı müqavimət göstəririk. Hazırda 10-cu pillədə qərarlaşan komandadan 5 xal öndəyik. Təbii ki, super mövqe deyil. Amma biz hər oyunda qalib gəlmək, tilsimi qırmaq istəyirik. Son 11 oyun bizim üçün çox çətin olacaq. Əziyyət çəkəcəyik. Amma buna hazırıq. Ümidimiz odur ki, daha çox zədə almayaq. Zədəlilərimiz də var. Çətin olacaq, məqsədlərimizə uyğun irəliləyirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Oxşar xəbərlər