Atletiko"nun hücumçusu Joao Feliksin gələcəyi "transfer bazarı"nda ən çox müzakirə olunan mövzudu. Sport24.az "TodoFichajes"-ə istinadən xəbər verir ki, "Aston Villa" 24 yaşlı futbolçu üçün danışıqlar aparır. Birmingem komandasının çalışdırıcısı Unay Emeri Feliksin ən yaxşı səviyyəsinə qayıda biləcəyinə əmindir.
"Aston Villa" Feliksi 40 milyon avroya sonradan satınalma qarşılığında icarəyə götürə bilər. Lakin "Atletiko" onu dərhal satmağa üstünlük verir.
Qeyd edək ki, portuqaliyalı forvard ötən mövsüm icarə əsasında "Barselona"da çıxış edib.