"Barselona"nın prezidenti Joan Laporta klubdakı hazırkı vəzifəsinə seçkilərin tarixini açıqlayıb.
İdman.Biz-in məlumatına görə, Kataloniya klubunun direktorlar şurasının iclasından sonra seçkilərin 15 martda keçirilməsi qərara alınıb.
Klubun mətbuat xidmətinin rəsmi sosial media səhifəsində Laportanın "Bu, 15 martda olacaq" dediyi bildirilir.
"Blauqrana"nın yeni prezidenti rəsmi olaraq 1 iyulda vəzifəsinin icrasına başlayacaq.
Joan Laporta bu vəzifəni 2021-ci ildən tutur və daha bir müddətə namizədliyini irəli sürəcək. Onun rəqibləri Viktor Font, Xavyer Vilaxoana və Mark Siriyadır.
20 La Liqa oyunundan sonra "Barselona" 49 xalla turnir cədvəlinə başçılıq edir və "Real Madrid"dən bir xal öndədir.