Olivye Jiru Fransa yığmasındakı karyerasına son qoyub.
İdman.biz xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.
37 yaşlı hücumçu ölkə millisində keçirdiyi 13 ili xatirəsində dərin iz buraxdığını bildirib. Juri Fransanın heyətində 2011-ci ilin noyabrında debüt edib. O, bu müddət ərzində komandada keçirdiyi 137 oyundada 57 qol vurub, 15 ötürmə verib. Olivye AVRO-2024-ün yarımfinalında İspaniyaya qarşı sonuncu dəfə üçrəngli formanı geyinib.
Qeyd edək ki, "Milan"ı tərk edən Jiru karyerasını "Los-Anceles"də (ABŞ) davam etdirəcək.
İdman.biz