Daha əvvəl İngiltərənin "Arsenal" və "Çelsi" komandalarında çıxış etmiş "Lill"in 38 yaşlı fransalı hücumçusu Olivye Jiru karyerası ərzində rast gəldiyi ən güclü müdafiəçi haqqında danışıb.
İdman.biz bildirir ki, bu əsnada o, "Liverpul"un mərkəz müdafiəçisi Vircil van Deykin adını çəkib.
"Van Deyk indiyə qədər oynadığım ən güclü müdafiəçidir. O, mükəmməldir, kobuddur və səni arxadan vurur, amma həmişə hörmətlə! Mən öyünmək istəmirəm, amma tez-tez onun əhatəsindən uzaqlaşmağı, onu keçməyi və ya dueldə qalib gəlməyi bacarmışam", - "Get French Football News" Jirudan sitat gətirir.
34 yaşlı Vircil van Deyk 2018-ci ildən "Liverpul"da çıxış edir. Müdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə 5 matçda iştirak edib.
İdman.biz