Beynəlxalq Futbol Federasiyası Tarixi və Statistikası təşkilatı La Liqada əvəzetmədən oyuna daxil olub ən çox qol vuran futbolçuların siyahısını tərtib edib. Sport24.az xəbər verir ki, cədvələ "Jirona"nın futbolçusu Kristian Stuani başçılıq edir.
37 yaşlı forvard İspaniya çempionatının 5-ci turunda "Barselona" ilə matça 69-cu dəqiqədə daxil olub, 80-ci dəqiqədə fərqlənməklə bu göstəricidə qollarının sayını 28-ə çatdırıb. Onunla eyni sayda qolu 1982-2000-ci illərdə top qovan Xulio Salinas vurub.
Argentinalı ulduz Lionel Messi çox az-az "Barselona"nın heyətində əvəzetmədən oyuna daxil olsa da, onun aktivində 27 qol var və üçüncüdür.