top
Jeton Beqiri: Sabah itirəcəyimiz bir şey yoxdu, daha aqressiv oynayacağıq Idman.biz
11 avqust 2025, 20:08
- ↺ +

Jeton Beqiri: Sabah itirəcəyimiz bir şey yoxdu, daha aqressiv oynayacağıq

"Sabahkı oyun çox çətin olacaq. "Qarabağ" çox güclü, təcrübəli komandadır. Sabah maksimumu edəcəyik. Qol vurmağa çalışacağıq. Birinci oyunu uduzmuşuq. İtirəcəyimiz bir şey yoxdur".

İdman.biz xəbər verir ki, "Şkendiya"nın baş məşqçisi Jeton Beqiri UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsində "Qarabağ"la cavab oyununda öncə keçirilən mətbuaat konfransında deyib.

- İlk oyunda "Qarabağ"a uduzdunuz. Amma hesab 4:0, 5:0 da ola bilərdi. Hansı hissələrdə, epizodlarda səhvlərə yol verdiniz ki, bu qədər zəif etdiniz? "Qarabağ"la oyunda taktikanı düzgün seçməmişdiniz?

- Razıyam. İlk oyunda problemlərimiz var idi. Xüsusilə də fiziki problem. Qolda istəmədən səhv etdik, penalti oldu. Bizim də imkanlarımız var idi.

- Demək olar ki, "Qarabağ"a qarşı komanda daha ehtiyatlı oynadı deyə, belə nəticə qeydə alındı? Daha cəsarətli oynasaydınız, fərqli nəticə qeydə alına bilərdi? FCSB-yə qarşı fərqli oynamışdınız...

- Çalışdıq ki, maksimumu edək. Xüsusilə birinci hissədə "Qarabağ" daha yaxşı oynadı. Fiziki cəhətdən geri qalmağımız hiss olunurdu. Amma ikinci hissədə biz daha yaxşı oynadıq. Bizim də qol şanslarımız oldu. Razıyam ki, bu dəfə daha aqressiv və daha hücummeyilli oynayacağıq. Çünki itərəcəyimiz bir şey yoxdur.

- "Qarabağ"ın tarixinin ən yaxşı futbolçularından biri Muarem Muaremdir. Onunla heç rəqibiniz haqda danışmısız?

- Bəli, yaxşı tanıyıram. Həmkarımızdır hazırda. Vəziyyət belədir ki, "Qarabağ" bizim oyunları izləyir, biz də onların oyunları asanlıqla izləyirik. Hörmət xatirinə onunla əlaqə saxlamadım. Çünki bilirəm ki, Muaremin Qurban Qurbanovla yaxşı münasibəti var.

- Bir həftə ərzində fiziki problemi aradan qaldırmaq o qədər də asan deyil. Oyun əlavə vaxtda getsə, bu məsələ sizə problem yaratmayacaq?

- Belə məsələlər var. "Qarabağ"ın "Şelburn"la matçı bizdən bir gün qabaq olmuşdu. Onların əlavə dincəlmək vaxtı oldu. Səfərlərimiz bizi yormuşdu. Ölkə çempionatı başlamadığı üçün "Qarabağ" əlavə oyunlar oynamır. Amma sabahkı matçda gücümüz kifayət edəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 09:40

Kiyev "Diamo"sunun baş məşqçisi postuna 4 namizəd

Digər
Bu gün, 09:20

Türkiyə millisinin yeni baş məşqçisi məyyənləşdi - dördillik müqavilə

Digər
Bu gün, 09:08

Lamin Yamal Avropanın “böyük beşliy”liyində ilkə imza atdı

Futbol
Bu gün, 09:00

Teemu Pukki Finlandiya milli komandasında rekord qolçuluğunu bitirir

Digər
Bu gün, 08:40

Bütün dövrlərin "qızıl top mükafatına namizədlərin siyahısı

Digər
Bu gün, 08:27

İraola “Liverpul”un möhtəşəm dönüşünün sirrini açdı - “Əyləci buraxmalı idik”

Digər
Bu gün, 08:20

"Real" Superliqanın təşkili ilə bağlı 6 İngilis klubundan 80 milyon avro tələb edir

Digər
Bu gün, 08:02

Çempionlar Liqasında Bakıda keçirilən Sabah - Borussiya Dortmund matçını 47 mindən çox azarkeş izlədi

Futbol
Bu gün, 08:00

Ronaldo milli formaya geri dönməyəcək

Digər
Bu gün, 07:34

“Sabah”a iki qol vuran Girassi Bakıdakı oyundan danışdı

Digər
Bu gün, 07:13

Holand yoxdursa, problem də yoxdur - Foden “Mançester Siti”nin yeni qolçusuna çevrilə bilər

Digər
Bu gün, 06:41

Eyden Makkarti: “Borussiya”ya vurduğum qol karyeramda unutmayacağım anlardandır”

Futbol
Bu gün, 06:07

Maykl Karrik istefa barədə spekulyasiyalara cavab verdi: hər şey aydındır

Futbol
Bu gün, 05:48

Coy-Lens Mikels: ‘Dortmund məğlubiyyətindən sonra ‘Vikinq’lə qarşılaşmağa hazırıq’

Futbol
Bu gün, 05:12

Aston Villa yarımmüdafiəçisi Yohan Manzambi “Barselona” və “Bavariya”nin marağında

Futbol
Bu gün, 04:27

Borussiya Dortmund qapıçısı Qregor Kobelin “Sabah”ın təzyiqi barədə açıqlamaları

Futbol
Bu gün, 02:36

Luis Enrike: Barselona üzərində 4:2 hesablı qələbənin açarı PSJ-nin müdafiəsi oldu

Futbol
Bu gün, 02:05

Kvaratsxeliya "Barselona" məcburiyyətində ağır zədələndi: 9 ay müddətində yaxına qala bilər

Futbol
Bu gün, 01:49

“Barselona” UEFA Çempionlar Liqasının üçüncü turunda PSJ-yə 2:4 uduzaraq mövsümdə ilk məğlubiyyətini aldı - Flik rəqibin üstünlüyünü etiraf etdi

Formula 1
Bu gün, 01:35

Williams Marvel ilə əməkdaşlıqda Doctor Dum üslubunda bolid təqdim etdi

Futbol
Bu gün, 01:19

“Sabah” qapıçısı Stanislav Pokatilov UEFA Çempionlar Liqasının üçüncü turunda ən yüksək bal toplayaraq “Borussiya”nın dublini geridə qoydu

Futbol
Bu gün, 01:13

David Raya La Liqada oynamak istədiyini bildirdi

Futbol
Bu gün, 00:52

Sabah – Borussia Dortmund matçında bütün qollar Afrika futbolçuları tərəfindən vuruldu

Futbol
Bu gün, 00:35

Sesk Fabreqas "Mançester Yunayted"in baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirməkdən imtina etdi

Oxşar xəbərlər