top
Jesse Sekidika: Çempionluğun taleyinin bir oyunla həll olunacağına inanmıram Idman.biz
24 fevral 2026, 11:33
- ↺ +

Jesse Sekidika: Çempionluğun taleyinin bir oyunla həll olunacağına inanmıram

"Şübhəsiz ki, çox vacib matçdır, amma inanmıram ki, çempionluğun taleyi bir oyunla həll olunsun".

Bunu "Sabah"ın futbolçusu Cesse Sekidika futbolpress.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Klub tarixində ilk dəfə ardıcıl 10 qələbə qazanmısınız. Fikirləriniz nədir?

– Əlbəttə ki, bu, böyük nailiyyətdir. Bu komandanın ardıcıllığını və mentalitetini göstərir. Amma düzü, buna aldanmırıq. Etdiyimiz işlərə hörmətlə yanaşırıq, amma diqqətimiz həmişə növbəti matça və inkişafa yönəlib.

– Qarşıda isə mövsümün ən kritik oyunu – "Qarabağ"la matç var. Sizcə, çempionluğun taleyi bu oyunla həll olunacaq?

– Şübhəsiz ki, çox vacib matçdır, amma inanmıram ki, çempionluğun taleyi bir oyunla həll olunsun. Titul bütün mövsüm ərzində ardıcıllıqla qazanılır. Amma bu matç təkan və inam verə bilər və biz məsuliyyəti başa düşürük. İşimizə ciddi yanaşırıq.

– "Qarabağ" çətin "Nyukasl" səfərindən gələcək. Bu, sizə hansısa üstünlük qazandırır?

– "Qarabağ" bu vəziyyətləri idarə etməkdə çox təcrübəlidir. Dəfələrlə belə oyunlara çıxıblar. Düşünmürəm ki, yorğunluq və ya səyahət hər iki tərəf üçün bəhanə ola bilər. Bu səviyyədə hər komanda şəraitdən asılı olmayaraq hazır olmalıdır.

– Məğlubiyyət komandanı təzyiqə sala bilər. Buna hazırlıqlısınız?

– Mənfi ssenariləri düşünmürük. Düşüncə tərzimiz çox sadədir: hər gün təkmilləşmək və hər matçda ən yaxşımızı göstərmək üçün işə gəlirik. Turnir cədvəli yanaşmamızı dəyişmir. Nəzarət edə biləcəyimiz şeylərə – performansımıza, mentalitetimizə və ardıcıllığımıza diqqət yetiririk. Bunu düzgün şəkildə etsəniz, mövsüm özünü müəyyən edəcək. Hazırda yeganə işimiz oyundan-oyuna təkmilləşməyə və ən yüksək səviyyədə yarışmağa davam etməkdir.

– Zədədən qayıdandan sonra tam formanı yığa bilmisiniz?

– Özümü fiziki cəhətdən yaxşı hiss edirəm və daha da önəmlisi, yenidən özümə inamlıyam. Zədədən sonra qayıtmaq həmişə bir az vaxt aparır. Yəni, təkcə bədən deyil, həm də zehni olaraq olmalısan. Komandaya hər cəhətdən kömək etməyə diqqət yetirirəm. Hər matçda özümü daha güclü və daha inamlı hiss edirəm. Bu, vacibdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Oxşar xəbərlər