 Sport24.az
                                                    Sport24.az
                                            
                    
                    "Liverpul"un müdafiəçisi Jeremi Frimponq zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Sport24.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.
24 yaşlı niderlandlı Çempionlar Liqasında "Ayntraxt"la (5-1) oyunda bud əzələsindən zədə alıb.
Mənbənin sözlərinə görə, Frimponq təxminən altı həftə oynaya bilməyəcək.
Qeyd edək ki, müdafiəçi Premyer Liqada "Aston Villa" (1 noyabr), "Mançester Siti" (9 noyabr), "Nottingem Forest" (22 noyabr) və "Vest Hem" (30 noyabr), eləcə də Çempionlar Liqasının Liqa mərhələsində "Real" (4 noyabr) və PSV (26 noyabr) ilə oyunları buraxa bilər.
