"Brügge"nin baş məşqçisi İvan Leko Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu olan "Atletiko Madrid"lə ilk oyunda 3:3 hesablı heç-heçə ilə başa çatan oyun barədə danışıb.
İdman.Biz bildirir ki, komandalar arasında cavab oyunu fevralın 24-də olacaq.
"Brügge" ilə Çempionlar Liqasının pley-off mərhələsində oynamaq əsl imtiyazdır. Digər tərəfdən, həmişə daha çox şey istəyirsən. Hələ limitimizə çatmadığımızı göstərməyə çalışacağıq. İstədiyimiz nəticəni əldə etmək və buna qadir olduğumuzu sübut etmək üçün buradayıq. Hətta ən güclü klublara qarşı belə. Kimə qarşı olduğumuzu bildiyimizi nəzərə alsaq belə", - UEFA-nın rəsmi saytında Lekonun sözləri sitat gətirilir.