top
İvan Konovalov: Bu gün Azərbaycanın Rusiya üzərində əsas üstünlüyü və fərqliliyi odur ki... Sport24.az
25 avqust 2024, 13:00
- ↺ +

İvan Konovalov: "Bu gün Azərbaycanın Rusiya üzərində əsas üstünlüyü və fərqliliyi odur ki..."

"Turan Tovuz"un bu yay "rənglərinə bağladığı" yeni transferlərdən biri də İvan Konovalovdu. Rusiyalı qapıçı meydana çıxdığı IV turda "çərçivə"də inamlı oyunu ilə azarkeşlərin alqışını qazanıb. Dünən baş tutan "Qarabağ"la matçda da İvan meydanda ən yaxşılardan idi. "Qarabağ"la görüşdən sonra Sport24.az-a müsahibə verən rusiyalı legioner, "Turan Tovuz" və Azərbaycan futbolu barədə ilkin təəssrütaları barədə danışıb.

 

- İlk dəfədi Azərbaycan çempionatında oynayırsan. "Turan Tovuz"la bağlı təəssüratların necədi?
- Ölkənizin bölgə komandasında oynamaq maraqlıdı. Tovuzda insanlar futbolla nəfəs alır. Burda çox güclü azarkeş dəstəyi var. Bu amil bizi həmişə həvəsləndirir. Bundan başqa futbolçular, məşqçi korpusu və rəhbərlik arasında yaxşı harmoniya var. "Turan Tovuz" ailəsi bir yumruq kimi birləşib. Bu birlik sayəsində də uğur qazanacağımıza inanıram.

 

- Azərbaycana gələnə qədər futbolumuz barədə məlumatım var idi?
- Əsasən iki klubunuz haqqında məlumatlı idim. "Qarabağ"ı avrokuboklarda müntəzəm çıxışından, "Neftçi"ni isə Rusiyadakı populyarlığından tanıyırdım. Hazırda isə klublarınız haqqında maksimum çox məlumat toplamağa çalışıram. "Zirə", "Sabah" və "Sumqayıt"ın avrokubok oyunlarını izləyirdim.

 

- Rusiya ilə Azərbaycan futbolu arasında hansı fərq var?
- İki ölkənin futbolu arasında paralellər aparamaq bir qədər çətindi. Belə ki, Rusiyada futbol ənənəsi daha dərin, klubların sayı çox və insanların idmanın "şah"ına marağı güclüdü. Bu gün Azərbaycanın Rusiya üzərində əsas üstünlüyü və fərqliliyi odur ki, sizin klublar avrokuboklarda çıxış edir, bizdə isə yox.

 

- Dünən səfərdə Azərbaycan futbolunun lideri "Qarabağ"ı  məğlub etdiz. Oyunla bağlı təəssüratların maraqlıdı...
- Çox çətin, gərgin oyun olacağını öncədən bilirdik. Buna baxmayaraq, güclü rəqibə qarşı layiqli müqavimət göstərib öz oyunumuzu oynamağa çalışdıq. Rəqibin qapıçısı debüt oyununda kritik seyvləriylə diqqət çəkdi, əsas da ilk yarıda yüz faizlik ikinci qoldan komandasını xilas etdi. Bu matç qarşıdakı oyunlar üçün üçün bizə motivasiya olmalıdı. Bu tempdə davam etmək və daha da "artırmalıyıq".

 

- Azərbaycanlı qapıçılardan kimlərisə öncədən tanıyırdın?  
- Emil Balayevi qiyabi tanıyırdım. O, vaxtilə Qazaxıstan çempionatında "Tobol"da çıxış edib. Mən də adı çəkilən klubda oynayarkən onun haqqında ilk dəfə eşitdim. Belə ki, "Tobol"un qapıçılarla işləyən məşqçisi Yevgeniy Naboyçenko Emil haqqında yüksək fikirdəydi. Qalan qolkiperləri də oyundan-oyuna tanıyacam.

 

- Hazırda "Zirə"nin qapıçısı Tiyaqo Silva populyardı. Portuqaliyalı həmkarın haqqında nə düşünürsən?
- "Zirə" - "Osiyek" qarşılaşmasında onun oyununu izlədim. Penaltilər seriyasında ardıcıl gözəl və vaxtında qurtarışlar etməklə komandasını pley-offa daşıdı. Xoş sözlərə layiq qapıçıdı.

 

- Bir rus olaraq özünü ölkəmizdə necə hiss edirsən?
- Səmimi deyim ki, Azərbaycanda rus dilinin populyar olması mənim üçün ekstra üstünlükdü. Şəhərdə rahat gəzir, mağazalardan rahat alış-veriş edə bilirəm. Məşqlərdə də çoxları rus dilində başa düşür. Buna rəğmən artıq bəzi azərbaycan sözlərini də öyrənmişəm. Məşq prossesində tez-tez "sağ", "sol", "arxanda", "pas ver", "vur" və digər bu kimi futbolla bağlı sözləri deyirəm.


- Karyeran ərzində Qazaxıstanda legioner həyatı yaşamısan. Bir futbolçu kimi orda sənə rahat idi, yoxsa burda?  
- Ümumi olaraq onu deyim ki, hansı ölkədə əcnəbi insanlara hörmət, ehtiram varsa özümü orda rahat hiss edirəm. Bundan başqa mən də həmişə başqa xalqların mentalitetinə, dəyərlərinə hörmət edənəm. Qazaxıstan ilə Azərbaycan həm futbolu, həm də dəyərləri arasında çox oxşarlıqlar var. Qazaxlar da istiqanlı, qonaqpərvər xalqdı, sizdə. Hətta, rusca bilməyən insanlar belə sənə kömək edəcək. Hələki Azərbaycanda yeniyəm, buna baxmayaraq, Tovuzda və Bakıda insanlarınızın mehribanlığını və qonaqpərvərliyini görməkdəyəm. Azərbaycanda futbol oynamağımdan çox məmnunam.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Oxşar xəbərlər