top
İvan Brkiç: Renata lazım olan məlumatları Eddi vasitəsilə çatdırdım, Neftçidə sabitlik olmalıdır Idman.biz
30 iyul 2025, 10:06
- ↺ +

İvan Brkiç: Renata lazım olan məlumatları Eddi vasitəsilə çatdırdım, "Neftçi"də sabitlik olmalıdır

"Neftçi"nin sabiq qapıçısı İvan Brkiçin Teleqraf-a müsahibəsi

- "Motor" komandasında işləriniz necə gedir: Bir futbolçu kimi məqsədlərinizə çatmısınız?

- "Motor"da çox xoşbəxtəm. Polşa Ekstraklasası yaxşı səviyyədədir. Əlbəttə, mənim də şəxsi hədəflərim var, amma hər günümü olduğu kimi yaşayıram, vəssalam! Burada həm futbol baxımından, həm də ailəmlə birlikdə şəxsi həyatda vaxtımı yaxşı keçirirəm.

- "Neftçi"ni tərk etdikdən sonra sabiq komanda yoldaşlarınızla əlaqəniz qalırmı?

- Eddi İsrafilov ilə demək olar ki, hər gün əlaqədəyik. Həm bizim, həm də ailələrimizin münasibətləri yaxşıdır. O, ömürlük dostumdur. Həmçinin, futbolçulardan Emin Mahmudov, Rəhman Hacıyev və Rza Cəfərovla hələ də danışıram. Həmçinin həkimlər Şaiq Zöhrablı və Rasim Qədməliyev, tərcüməçi Vüqar Əliyev və komandanın meneceri Qədir Həsənovla da əlaqələrim var. Mən bu insanları çox sevirəm və onları heç vaxt unutmayacağam. Nə vaxt danışırıqsa, bir-birimizdən xəbər tutanda, keçmişdən bəzi anları yada salanda həmişə xoşbəxt oluram.

- Azərbaycan üçün darıxırsınızmı və buradan yeni təklif almısınızmı?

- Orada keçirdiyim vaxtdan həqiqətən zövq almışam. Azərbaycanı sevirəm və hörmət edirəm. Son vaxtlar heç kiminlə danışmamışam. Amma təklif gələrsə və qaneedici olarsa, məmnuniyyətlə bu barədə danışaram. Orada çox gözəl təcrübəm və yalnız müsbət xatirələrim olub.

- Azərbaycan millisinin üzvü Renat Dadaşov "Motor" klubuna transfer olunub. Onu əvvəldən tanıyırdınızmı?

- "Neftçi"də oynadığım vaxt Bakıda bir dəfə görüşmüşdük. O, Eddinin dostudur. Ona görə artıq onun haqqında xeyli məlumatım vardı.

- Dadaşov transferdən əvvəl sizdən nəsə soruşdumu?

- Eddi vasitəsilə ona lazım olan bəzi məlumatları çatdırdım.

- "Neftçi"nin keçən mövsüm oyunlarını izləmisiniz?

- Xeyli sayda oyunu izləmişəm. Aydındır ki, bu, əsl "Neftçi" deyil və klubdan daha yaxşı nəticələr gözlənilir. Son illərdə çoxlu dəyişikliklər olub. Hər dəyişiklik üçün isə müəyyən zaman lazımdır. Klubun sabitliyə ehtiyacı var və həm baş məşqçi, həm də futbolçu baxımından bu qədər tez-tez dəyişikliklər etmək olmaz. İnanıram ki, hər şey yaxşılığa doğru gedəcək.

- Siz Samir Abasovun rəhbərliyi altında "Neftçi"də çıxış etmisiniz. Onu baş məşqçi kimi necə xarakterizə edərdiniz?

- Abasov barədə fikrim müsbətdir. Hesab edirəm ki, o dövrdə baş məşqçilikdən kənarlaşdırılmamalı idi. Biz ikinci yerdə idik və düşünürəm ki, vəziyyət daha da yaxşılaşa bilərdi. Çünki elə də ciddi dəyişikliklər olmayacaqdı. Amma qismət, o, yenidən "Neftçi" ilədir.

- Abasov hazırda "Neftçi"də yeni heyət formalaşdırır. Sizcə, bu komanda gələn mövsüm çempionluq uğrunda mübarizə apara bilərmi?

- Bu suala dəqiq cavab vermək çətindir. Bunun üçün "Neftçi"nin oyunlarını izləməliyəm. Amma ümid edirəm ki, uğur qazanarlar. Onlara ən xoş arzularımı bildirirəm.

- Hər hansı futbolçu sizdən "Neftçi" və ya Azərbaycan çempionatı ilə bağlı məlumat alıbmı?

- Bir neçə futbolçu bu barədə mənə sual verib. Artıq dediyim kimi, Azərbaycanda əla vaxt keçirmişəm və bu ölkə haqqında yalnız müsbət fikirlərim var.

- Dadaşovla Azərbaycan haqqında danışırsınızmı və onunla birlikdə bura səfər etməyi fikrinizdən keçirirsiniz?

- Bəli, danışırıq, hərdən bir az da darıxıram. Nə bilmək olar, bəlkə yenidən Azərbaycanda oynayarıq (gülür - red.).

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:17

UFC 333: Asəf Çopurov rəsmi çəkiölçməni uğurla keçdi, debütə hazırdır - VİDEO

Futbol
Bu gün, 11:08

Milanda Ruben Amorim kritiklərə məruz qalıb: Kamarda niyə əvəz edilməyəndirsə

Futbol
Bu gün, 11:00

I Liqanın bombardiri Dilyen Açıti: "Qolların sayını bu, Allahla mənim aramdakı sirrdə saxlayacağam"

Digər
Bu gün, 10:53

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov yarım milyon manat mənimsəməkdən həbs edildi

Futbol
Bu gün, 10:48

Barış Alper Yılmaz 'Fənərbağça' ilə qarşılaşmanı buraxa bilər

Futbol
Bu gün, 10:20

Serbiya Futbol Assosiasiyası azarkeş davranışı üçün cərimələndi

Voleybol
Bu gün, 10:02

Azərbaycanın U-20 qadın voleybol millisi Polşa ilə qarşılaşacaq;

Futbol
Bu gün, 10:00

Slovan Bratislava ‘Sabah’ın futbolçusuna təklif göndərə bilər

Futbol
Bu gün, 09:53

Azərbaycan UEFA reytinqində 24-cü pillədə qalaraq mövqeyini saxladı

Basketbol
Bu gün, 09:43

Azərbaycan Basketbol Liqasında IV Turun İlk Oyununda Sabah NTD-İ Həsr Olunur;

Futbol
Bu gün, 09:40

İsveçrə U-15 Milli Komandasının Dünya Kubokuna Qatılmama Səbəbi Açıqlandı

Futbol
Bu gün, 09:39

23 Oktyabr: Avropada keçiriləcək əsas futbol oturumu

Futbol
Bu gün, 09:38

40 evdə məğlubiyyətsiz: 'Bavariya' Çempionlar Liqasında rekord qoyur

Futbol
Bu gün, 09:31

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Qəbələ” (23 Oktyabr, 15:00)

Futbol
Bu gün, 09:20

Türkiyə liqasının ən dəyərli üç futbolçusunun reytinqi

Futbol
Bu gün, 09:08

Runi, Manchester United futbolçularını sərt tənqid etdi: "Məsuliyyət daşımır"

Digər
Bu gün, 09:01

Kür handbol komandası Mingəçevirdə Bosniya klubu ilə EHF Avropa Kubokunda qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Zirə vs Sumqayıt: Qaratalların Kimyaçılarla mübarizəsi

Formula 1
Bu gün, 08:49

18 yaşlı pilot Freddi Sleyter \"Audi\" üçün Formula 1-də debüt edəcək

Futbol
Bu gün, 08:40

İsveç U-15 milli komandası Bakıda keçiriləcək dünya kubokunda iştirak etməyəcək

Digər
Bu gün, 08:24

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

Futbol
Bu gün, 08:20

Şamaxıda Araz-Naxçıvan – Qəbələ qarşılaşması

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Oxşar xəbərlər