top
IV tura sözardı... Sport24.az
26 avqust 2024, 15:20
- ↺ +

IV tura sözardı...

Premyer Liqanın IV turu geridə qaldı. 4-cu oyun həftəsi bəzi sürpriz nəticələrlə diqqət çəkdi ki, bu yazıda bəzi məqamalar toxunacağıq.

 

"Səbail" - "Kəpəz" 4:0

İlk 3 turda qələbə üzünə həsrət qalan "Səbail" "Kəpəz"lə matçda favorit idi ki, ehtimallar özünü doğrultdu. Şahin Diniyevin çalışdırdığı komanda Premyer Liqanın aşkar autsayderini böyük hesabla məğlub etməklə həm mövsümdə ilk qələbəsini reallaşdırdı, həm də psixoloji təzyiqdən çıxmış oldu. "Dənizçilər" ən azı bir həftə komandanı tənqid edənləri susmağa vadar etdi.

"Kəpəz"ə gəlincə, Gəncə təmsilçisi hələ öz oyununu tapa bilmir. Adil Şükürov nə qədər bacarıqlı məşqçi də olsa, heyətin zəif olması, yeni gələnlərin komandaya tam uyğunlaşa bilməməsi özünü qabarıq şəkildə göstərir. Məğlubiyyətlə sıralandıqca isə düşərgədə ab-hava pozulur, əhval-ruhiyyə korlanır. Komandada özünə inam itir. Bu gedişlə cari mövsümdə elitanı tərk etməyə yeganə namizəd məhz "sarı-göylər" olacaq.

 

"Qarabağ" - "Turan Tovuz" 0:1

Kurban Berdıyevin komandası yaxşı mənada futbol ictimaiyyətini təəccübləndirməkdə davam edir. "Qarabağ" hər nə qədər iki cəbhədə mübarizə aparsa da, başı qitəmiqayaslı yarışa qarışsa da, bu "boz qurdlar"ın qələbəsinə kölgə salmır. Rusiyalı mütəxəssisin çalışdırdığı komandanın müdafiədə nə qədər etibarlı olduğunu alihəzrət statistika da göstərir. Tovuzlular 4 turdan sonra Premyer Liqada qapısında qol görməyən yeganə kollektivdi. Müdafiədə səhvsiz oyun, sürətli əks-hücumlar cari mövsümdə Tovuz təmsilçisinin cokerinə çevrilib. Komandanın oyununda baş məşqçi işi sezilir.

"Qarabağ" üçün isə bu məğlubiyyət Qurban Qurbanovun sözü ilə desək, faydalı olacaq. Futbolçular bir daha anlayacaqlar ki, Premyer Liqaya laqeyd yanaşmaq olmaz. Hər itirilən xal mövsümün sonunda çempionluq yolunda ağır zərbə ola bilər.  

 

"Araz Naxçıvan" - "Neftçi" 1:1


"Neftçi"nin uğursuz çıxışı davam edir. Komanda 3 xal üzünə həsrətdi. Naxçıvan təmsilçisi ilə müqayisədə "ağ-qaralar" daha güclü heyətə malik olsalar da, bunu meydanda göstərə bilmir. Görünür Roman Qriqorçuk hələ də öz oyun fəlsəfəsini futbolçulara tam aşılaya bilməyib. Bazar günü Mərdəkanda keçirilən matçda "Neftçi"nin sadəcə, bəxti gətirdi. Kristian Avramın son saniyələrdə yersiz hərəkəti olmasaydı, "Araz-Naxçıvan" mövsümdə ikinci qələbəsini rəsmiləşdirə bilərdi. Ölkənin ən köklü klubu qazandığı 1 xala görə Rza Cəfərova da minnətdar olmalıdı. Qolkiper bir neçə dəfə kritik müdaxilə ilə rəqibin sevinməsinə imkan vermədi.

 Naxçıvanlılardan söz düşmüşkən, Elmar Baxşıyevin komandası 90 dəqiqə intizamlı oyunu ilə diqqət çəkdi. "Qırmızı-ağlar"ın hücum xətti məhsuldarlığı ilə seçilməsə də, "Neftçi"nin müdafiəsini təzyiq altında saxlamağı bacarırdı. Çatışmayan cəhət isə bitiricilik idi. İrəlidə yer alan futbolçular son nöqtəni qoymaqda çətinlik çəkdilər.

 

"Sabah" - "Sumqayıt" 3:1

Konfrans Liqasında istədiyinə nail ola bilməyən "bayquşlar" deyəsən, özünə gəlir. Ötən tur "Neftçi"ni məğlub edən Krunoslav Renduliçin komandası hesabat turunda "Sumqayıt"ı evə əliboş yola salmağı bacardı. Masazır təmsilçisi hesabda geri düşməsinə baxmayaraq, geridönüş etməyi özündə güc tapdı. "Sabah"ın potensialı böyükdü, heyətdə təcrübəli oyunçular yer alıb. Qalır həmin gücü düzgün idarə etmək və lazımi istiqamətə yönəltmək. Hələ ki, bu Renduliçdə alınır.

Samir Abasov isə mövsümün əvvəlində yorğunluqdan şikayətlənməklə bizləri təəccübləndirir. Baş məşqçi dünən keçirilən oyundan sonra təşkil olunan mətbuat konafransında futbolçularının yorğun olduğunu bildirdi. Görəsən cəmi 4 həftədən sonra yorulan komanda 15 turdan sonra necə təsir bağışlayacaq?! Bəlkə də Abasov bu sözləri dilə gətirməklə kiməsə "yeni transfer lazımdı" mesajını ötürür. Ancaq görünən odu ki, "Sumqayıt"ın oyununda nəsə çatmır. Müdafiədə etibarsız görünən "kimyaçılar" hücumda da "dişsiz" təsir bağışlayır.  

 

"Zirə" - "Şamaxı" 0:1
Həftəiçi səfərdə "Omoniya"ya böyük hesabla uduzan "Zirə"yə növbəti zərbə "Şamaxı"dan gəldi. Ayxan Abbasovun yetirmələri psixoloji cəhətdən "sınan" qartalları yenməklə bir daha göstərdi ki, elitaya say düzəltmək üçün qayıtmayıblar. "Şirlər" intizamlı oyunu ilə səfərdə istədiyi 3 xalı götürə bildi.

 

1. Turan Tovuz 4 3 1 0 5-0 10
2. Sabah 4 2 1 1 7-5 7
3. Qarabağ 3 2 0 1 7-2 6
4. Zirə 3 2 0 1 6-2 6
5. Sumqayıt 4 2 0 2 5-5 6
6. Səbail 4 1 1 2 7-7 4
7. Şamaxı 3 1 1 1 3-3 4
8. Araz-Naxçıvan 3 1 1 1 3-5 4
9. Neftçi 4 0 3 1 2-4 3
10. Kəpəz 4 0 0 4 0-12 0

Bombardirlər: Davit Volkov ("Zirə") - 3, Riçard Almeyda ("Qarabağ"), Xəyal Nəcəfov ("Turan Tovuz"), Ayman Bouali, Suleyman Alluş ( hər ikisi "Səbail"), Namik Ələskərov ("Sabah") - 2 qol

 

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Oxşar xəbərlər