Son vaxtlar tez-tez İsrailin beynəlxalq yarışlarda iştirakını qadağan etmək çağırışları səslənir.
İdman.biz xarici mətbuata istinadən xəbər verir ki, növbəti belə bir hal İtaliyada baş verib.
İtaliya Futbol Məşqçiləri Assosiasiyası (AIAC) İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravinaya müraciət göndərərək ondan İsrailə qarşı tədbir görülməsini xahiş edib.
Təşkilat UEFA və FİFA-ya müraciət göndərərək İsrailin beynəlxalq yarışlarda iştirakının müvəqqəti qadağan edilməsini tələb etməyi planlaşdırır.
Qeyd edək ki, buna bənzər çağırışlar əvvəllər də BMT-də olub.
İdman.biz