İtaliya Superkuboku dekabrda Səudiyyə Ərəbistanında keçiriləcək. Sport24.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya Superkuboku Ər-Riyadda keçiriləcək və ötən il olduğu kimi, iki yarımfinal (18 və 19 dekabr) və dekabrın 22-də final olmaqla dörd komandalı formatda oynanılacaq.
"Napoli" və "Milan" arasında ilk yarımfinal 18 dekabr cümə axşamı, ikinci yarımfinal – "Bolonya" – "İnter" matçı isə dekabrın 19-da, cümə günü keçiriləcək.
Qeyd edək ki, "Milan" İtaliya Superkubokunun son qalibidir.