top
İtaliya mediası: Qarabağ Napoli üçün təhlükəli rəqibə çevrildi - İDMAN.BİZ-in ARAŞDIRMASI Idman.biz
06 noyabr 2025, 17:39
- ↺ +

İtaliya mediası: "Qarabağ" "Napoli" üçün təhlükəli rəqibə çevrildi - İDMAN.BİZ-in ARAŞDIRMASI

İtaliya mediası Bakıda keçirilən və Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turuna təsadüf edən "Qarabağ" - "Çelsi" oyununa geniş yer ayırıb.

İdman.Biz xatırladaq ki, Qurban Qurbanovun komandası ilk hissədə 0:1 hesabı ilə geridə olsa da, fasiləyə qədər hesabı bərabərləşdirib və sonra önə keçib (2:1). İkinci hissədə isə "Zadəganlar" məğlubiyyətdən qaça biliblər (2:2). Beləliklə, "Qarabağ" növbəti görüşünü 25 noyabrda səfərdə "Napoli"yə qarşı keçirəcək.

İtaliyada Bakıda qeydə alınan heç-heçə "Napoli" üçün siqnal kimi dəyərləndirilib. Artıq Azərbaycan çempionu "rahat rəqib" kimi yox, özünə inanan və təhlükəli rəqib kimi qəbul olunur.

"CalcioNapoli24" nəşri nəticəni "Qarabağın qəhrəmanlığı" adlandıraraq yazır ki, "Çelsi"ni dayandıran Qurban Qurbanovun komandası indi "Napoli" ilə həlledici döyüşə hazırlaşır və bu qarşılaşmada "üç həyati vacib xal" uğrunda mübarizə aparacaq.

Nəşr Ağdam klubunun yetkin oyun tərzini xüsusi vurğulayıb:

"Qarabağ" qol buraxdıqdan sonra müdafiəyə çəkilmədi, yüksək pressinq tətbiq etdi, "Çelsi"ni səhvlərə məcbur etdi və sübut etdi ki, aparıcı liqalarda çıxış edən komandalarla bərabər səviyyədə oynaya bilir."

"AreaNapoli" isə hələ oyunun fasiləsində "Napolinin növbəti rəqibi əsl tamaşa göstərir" başlıqlı yazı dərc edib. Məqalədə "Qarabağ"ın 0:1-dən 2:1-ə yüksələn dinamik oyunundan, Bakının atmosferindən və aqressiv futbolundan bəhs edilərək bildirilib ki, bu "Qarabağ" Antonio Kontenin komandası üçün ciddi xəbərdarlıqdır.

"Tuttosport" isə birbaşa müraciətlə yazıb: "Napoli", bax bu "Qarabağ"a - "Çelsi"ni dayandırdı!" Nəşr qeyd edir ki, Azərbaycan çempionu təkcə ingilislərdən xal almaqla kifayətlənməyib, onları "əziyyətə salaraq" həm xarakter, həm də oyun nizam-intizamı nümayiş etdirib.

İtaliya mediası həmçinin "Napoli"nin baş məşqçisi Antonio Kontenin dördüncü turdan əvvəl dediyi sözləri xatırladıb:

"Çempionlar Liqası tamamilə fərqli bir dünyadır. "Qarabağ"ın altı xalı var və bu təsadüfi deyil".

İtalyanlar bu fikri "Qarabağ"ın gücünə sübut kimi gətirərək vurğulayıblar ki, Ağdam təmsilçisi bir daha təzyiq altında soyuqqanlı qalmaq, güclü klublarla mübarizə aparmaq və öz üstünlüklərindən maksimum istifadə etmək bacarığını göstərib.

Artıq İtaliyada 25 noyabrda Neapolda keçiriləcək oyun sadəcə formal qarşılaşma kimi yox, həm "Napoli", həm də gözlənilməz dərəcədə güclü Ağdam təmsilçisi üçün real sınaq kimi dəyərləndirilir.

Qeyd edək ki, Çempionlar Liqasının əsas mərhələsinin dörd turundan sonra "Qarabağ" 7 xalla turnir cədvəlində 15-ci, "Napoli" isə dörd xalla 24-cü yerdə qərarlaşıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Oxşar xəbərlər