top
İtaliya mediası Mateuş Koxalskidən heyranlıqla danışdı: Qapıda cəftə kimi idi Idman.biz
26 noyabr 2025, 13:03
- ↺ +

İtaliya mediası Mateuş Koxalskidən heyranlıqla danışdı: "Qapıda cəftə kimi idi"

İtaliya mediası Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçirilən "Napoli" – "Qarabağ" (2:0) oyunundan sonra Azərbaycan çempionunun oyununu və xüsusilə Mateuş Koxalskinin çıxışını yüksək qiymətləndirib.

İdman.Biz-in məlumatına görə, italyan jurnalistləri hesab edir ki, məhz polyak qapıçı uzun müddət intriqanı qoruyub və ardıcıl xilasetmələri "Napoli"nin hücumlarına başlıca maneə olub.

"Eurosport Italia" Koxalskinin çıxışını "fövqəladə" adlandırıb və əsas xilasetmələrini vurğulayıb:

"Ən azı dörd sensasion seyv. O cümlədən Heylunnun penalti zərbəsini düzgün təxmin etdi. Buraxılan qollarda onun günahı yoxdur", - deyə nəşr yazıb.

"TuttomercatoWeb" portalı qapıçının iradəsinə heyranlıqla yanaşıb:

"O, komandasını bacardığı qədər oyunda saxladı və tam haqlı olaraq matçın ən yaxşı oyunçusudur".

"Goal Italia" isə Koxalskini "qapının cəftəsinə"ə bənzədib və onun keçilməz olduğunu qeyd edib:

"Heylunn sanki Koxalskinin mükəmməl oyunu qarşısında hipnoz olunmuşdu. Qapıçı sanki qapıda cəftə kimi dayanmışdı"

"La Gazzetta dello Sport" oyunun ən parlaq anını - Koxalskinin penaltini qaytardığı epizodu xatırladıb və "Qarabağ"ın ümumi oyununu müsbət dəyərləndirib:

"Azərbaycanlılar daha çox və daha təhlükəli əks-hücumlara çıxırdı", - deyə qəzet qeyd edib.

Ağdamın "Qarabağ" klubu Neapoldakı məğlubiyyətdən sonra yeddi xalla 15-ci yerdən 16-cı yerə düşüb. Komandanın dəqiq mövqeyi digər oyunların nəticələrindən sonra müəyyənləşəcək.

Qurban Qurbanovun komandası növbəti Çempionlar Liqası matçını 10 dekabrda Amsterdam "Ayaks"ına qarşı Bakıda keçirəcək. Niderland təmsilçisi əsas mərhələdə keçirdiyi beş oyunun hamısında uduzub və turnirin son pilləsində qərarlaşıb.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Oxşar xəbərlər