Futbol üzrə İtaliya Kubokunun qalibi müəyyənləşib.
Lent.az xəbər verir ki, həlledici oyunda "Bolonya" və "Milan" komandaları üz-üzə gəlib. Roma Olimpiya Stadionunda təşkil olunan qarşılaşma "Bolonya"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komanda tarixində üçüncü dəfə İtaliya Kubokunun qalibi olub.