Futbol üzrə İtaliya Kubokunda 1/16 final mərhələsinin iki oyunu keçirilib.
"Report" xəbər verir ki, evdə "Palermo"nu 2:1 hesabı ilə məğlub edən "Udineze" növbəti raunda adlayıb.
"Kalyari" isə doğma meydanda "Frozinone"ni 4:1 hesabı ilə üstələməklə eyni uğura imza atıb.
"Udineze" 1/8 finalda "Yuventus"la, "Kalyari" isə "Napoli" ilə qarşılaşacaq.
Futbol İtaliya kuboku uefa