İtaliya kubokunda 1/16 finalın oyunları baş tutub.
İdman.biz xəbər verir ki, "Parma" əsas və əlavə vaxtda "Spesiya"nın öhdəsindən gələ bilməyib - 2:2. Oyundan sonra vurulan penaltilərdə "Parma" üstün olub - 4:3.
"Verona" öz meydançasında "Venesiya"nı sınağa çəkib. Bu oyunun əsas və əlavə vaxtında qpılara qol vurulmayıb - 0:0. Penaltilər seriyasında qonaqlar daha üstün olublar - 4:5.
Və nəhayət üçüncü oyunda "Komo" "Sassuolo" ilə gücünü sınayıb. Oyun birincilərin qələbəsi ilə yekunlaşıb - 3:0.