İsveç millisinin forvardı Aleksandr İsak Millətlər Liqasının C1 qrupunun 6-cı turunda Solnada Azərbaycan yığması üzərində qazandıqları qələbəni (6:0) şərh edib. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, İsak hakimin qərarından narazı qaldığını bildirib:
"VAR qolu niyə ləğv etdi, bu necə mümkündür? Bu gördüyüm ən yanlış qərardır. Təbii ki, qalib gəldiyimiz üçün şadam. Amma hesaba alınmalı olan qol vurdum. Bu isə məni əsəbiləşdirir".
Qeyd edək ki, İsak bu görüşdə start heyətində meydana çıxıb və 49-cu dəqiqədə penaltidən istifadə edə bilməyib.