Türkiyə Superliqasının X turunun "Qalatasaray" - "Beşiktaş" oyununu idarə etmiş baş hakim Arda Kardeşler 4-6 həftə matçlara təyinat almayacaq. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Fərhat Gündoğdu açıqlamasında bildirib.
O, ədalət təmsilçisinin İstanbul derbisində 8 səhv etdiyini vurğulayıb.
Qeyd edək ki, "Beşiktaş" derbidə 1:2 hesabı ilə məğlub olub.