Bu gün AVRO-2024-ün B qrupunda II tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün son matçında İspaniya ilə İtaliya üz-üzə gələcək.
İlk turda qalib gələn komandaların duelində 3 xal qazanacaq yığma 1/8 finala yüksələcək. Matç Helzenkirhendə baş tutacaq.
Qeyd edək ki, B qrupunun son turunun matçları iyunun 24-də keçiriləcək.
AVRO-2024
Qrup mərhələsi, II tur
20 iyun, B qrupu
23:00. İspaniya - İtaliya 1:0
Qol: Kalafiori, 55 (ö.q.)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Helzenkirhen, "Feltins Arena".