top
İspaniya La Liqası, XIII tur: Atletiko Madridin qələbəsi, Real Madriddən xal itkisi və iki heç-heçə Idman.biz
24 noyabr 2025, 02:03
- ↺ +

İspaniya La Liqası, XIII tur: "Atletiko Madrid"in qələbəsi, "Real Madrid"dən xal itkisi və iki heç-heçə

İspaniya La Liqasının XIII turunda "Elçe" "Real Madrid"i qəbul edib.

İdman.Biz xəbər verir ki, oyunda hesabı ev sahibləri açıb. 53-cü dəqiqədə Febas fərqlənib. "Real"ın cavab qolunu 78-ci dəqiqədə Heysen vurub. Cəmi 6 dəqiqə sonra Alvaro "Elçe"ni hesabda irəli çıxarıb - 2:1. Bellinqemin qolu da özünü çox gözlətməyib. 87-ci dəqiqədə hesab bərabərləşib - 2:2.

Oyun elə bu hesabla da başa çatıb. "Real Madrid" növbəti xal itkisi ilə "Barselona" ilə arasındakı xal fərqini minimuma endirib. XIII turdan sonra "Real"ın 32, "Barselona"nın isə 31 xalı var.

23:59

İspaniya La Liqasının XIII turunda "Atletiko Madrid" "Xetafe"nin qonağı olub. Oyunda hesab 82-ci dəqiqədə açılıb. Duarte öz qapısına vurduğu qolla "Atletiko"nun qələbəsini təmin edib.

22:07

"Betis" İspaniya La Liqasının XIII turunun matçında öz meydanında "Girona" ilə 1:1 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, hesabı 20-ci dəqiqədə qonaqların hücumçusu Vladislav Vanat açıb. Meydan sahibləri 75-ci dəqiqədə Valentin Qomesin qolu sayəsində hesabı bərabərləşdiriblər.

Oyunun sonlarında "Betis"in hücumçusu Antoni qırmızı vərəqə alıb.

"Betis" (21 xal) La Liqada 5-ci yerdə qərarlaşıb. "Girona" (11 xal) isə turnir cədvəlində 18-ci pillədədir.

20:25

İspaniya La Liqasının XIII turunda "Oviedo" öz meydanında "Rayo Valyekano" ilə 0:0 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, meydan sahibləri görüşün yarısına yaxın hissəsini azlıqda keçiriblər.

53-cü dəqiqədə İlyas Şair qırmızı vərəqə ilə meydandan qovulub.

Matçın sonunda heyətlər bərabərləşib. 90+2-ci dəqiqədə Pate Siss qırmızı vərəqə alıb.

"Rayo Valyekano" (16 xal) La Liqada 12-ci yerə yüksəlib. "Oviedo" (9 xal) isə turnir cədvəlinin sonuncu pilləsində qalır.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:10

İspaniya baş məşqçisi Xorvatiyanın İngiltərədən aldığı 0:7 məğlubiyyəti haqqında danışdı

Futbol
Bu gün, 00:42

Rwanda millisi Keniya ilə oyunda Mikels qardaşları meydanda

Futbol
Bu gün, 00:06

“Slaviya” klubunun azarkeşlərinə “Sabah” ilə Bakıdakı oyun üçün bilet, viza və nəqliyyat məlumatları

Futbol
Dünən, 22:39

“Bavariya” Harry Kane ilə yeni müqavilə imzalamağa yaxındır

Futbol
Dünən, 19:49

Chelsea, Arsenal, Manchester United, Manchester City və Liverpool Endrikin transferi ilə maraqlanır

Futbol
Dünən, 16:48

Sumqayıt FK növbəti iki ev matçını SOCAR Polymer Arena’da keçirəcək

Gimnastika
Dünən, 16:26

Tamblinq üzrə Azərbaycan millisi Tofiq Əliyev Böyük Britaniya çempionatında iki qızıl medal qazandı

Futbol
Dünən, 16:00

Litva qarşısında qələbə qazanan azərbaycanlı futbolçulara 10 min manat mükafat veriləcək

Futbol
Dünən, 13:58

Sabah ilə Slaviya arasındakı Çempionlar Liqası oyununa 45 minə yaxın bilet satılıb

Voleybol
Dünən, 10:58

Gəncə klubu rusiyalı voleybolçu Anastasiya Abramovanı heyətinə qatdı

Futbol
Dünən, 10:00

Azərbaycanda Litva qarşısında 1-0 qələbə: Yaxşı nəticə, oyun tənqidə məruz qaldı

Şahmat
Dünən, 09:58

FIDE prezidenti Timur Turlov Azərbaycan Şahmat Federasiyası prezidenti Mahir Məmmədovla görüşdü - FOTO

Futbol
Dünən, 07:32

Alexandro Balde “Barselona”dan ayrılmaq istəmir

Futbol
Dünən, 03:25

Usman Dembele Fransa millisindəki çıxışı ilə bağlı tənqidlərə sakit yanaşdığını bildirib

Futbol
Dünən, 01:13

“Chelsea” Aleks Skott üçün mübarizədə önə çıxır

Futbol
Dünən, 00:51

UEFA Millətlər Liqası IV tur: Portuqaliya Norveçdən qalib, Almaniya Yunanıstanla 0:0 bərabərlik

Futbol
04 oktyabr 2026, 23:18

Pari Nijnı Novqorod qapıçısı İslam İmamov Azərbaycan millisinə dəvət ala bilər

Futbol
04 oktyabr 2026, 23:06

“Atletiko” yeni ölkələrdən futbolçularla heyətini gücləndirir

Futbol
04 oktyabr 2026, 21:38

“Barselona” üç futbolçu ilə müqavilə şərtlərini yeniləyir

Futbol
04 oktyabr 2026, 20:45

Litva millisinin baş məşqçisi: Hakimlərin VAR qərarları Azərbaycan millisinin xeyrinə idi

Futbol
04 oktyabr 2026, 19:45

Mahir Emreli: Litva üzərində 1-0 qalibiyyət qrupun ən vacib qələbəsi ola bilər

Futbol
04 oktyabr 2026, 17:57

Azərbaycan U17 qadın futbol komandası AVRO‑2027 seçmə mərhələsində sonuncu yerə düşdü

Gimnastika
04 oktyabr 2026, 17:36

Maqsud Mahsudov və Hüseyn Abbasov Dünya Kubokunda bürünc medal qazandı

Qarabağ FK
04 oktyabr 2026, 17:27

Xankəndi futbol klubunda yeni köməkçi məşqçi Aydın Qasımov təyin olundu

Oxşar xəbərlər