top
İspaniya La Liqası: Real Sosyedad - Atletiko heç-heçəsi, Realın qələbəsi və digər oyunlar - YENİLƏNİB + VİDEO Idman.biz
05 yanvar 2026, 02:27
- +

İspaniya La Liqası: "Real Sosyedad" - "Atletiko" heç-heçəsi, "Real"ın qələbəsi və digər oyunlar - YENİLƏNİB + VİDEO

İspaniya La Liqasının 18-ci turunda "Real Sosyedad" və Madrid "Atletiko"su arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Oyunda hesabı 50-ci dəqiqədə "Atletiko"nun hücumçusu Aleksander Serlot açıb. 55-ci dəqiqədə isə meydan sahiblərinin hücumçusu Qonsalu Qedeş cavab qolunu vurub.

İspaniya çempionatında 19 oyundan sonra Madrid "Atletiko"su 38 xal toplayıb və turnir cədvəlində üçüncü yeri tutur. "Real Sosyedad" isə 18 oyundan sonra 18 xalla 16-cı pillədə qərarlaşıb.

23:57

"Jirona" La Liqanın 18-ci turunda səfərdə "Malyorka"nı 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qonaqların heyətində qolları Viktor Tsıqankov və Vladislav Vanat vurublar.

"Jirona" bu qələbədən sonra 18 xalla 2025/26 mövsümü İspaniya çempionatının turnir cədvəlində 16-cı yerə yüksəlib. "Malyorka" da 18 xal toplayıb, lakin əlavə göstəricilərə görə "Jirona"nı qabaqlayaraq 15-ci pillədə qərarlaşıb.

Paralel oyunda "Alaves" evdə "Ovyedo" ilə 1:1 hesablı heç-heçə edib.

Meydan sahiblərinin heyətində Lukas Boye, qonaqlarda isə Federiko Vinyas fərqlənib.

"Alaves" 19 xalla La Liqanın turnir cədvəlində 13-cü yeri tutur, "Ovyedo" isə 12 xalla 20-ci pillədədir.

21:47

İspaniya La Liqasının 18-ci turunda Madrid "Real"ı və Sevilya "Betis"i arasında keçirilən oyun başa çatıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma "Real"ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

"Real"ın heyətində qolları Qonsalo Qarsiya (üç dəfə), Raul Asensio və Fransisko Qarsiya vurublar. "Betis"in yeganə qolunun müəllifi Kuço Ernandes olub.

"Betis" 2025/2026 mövsümündə La Liqanın turnir cədvəlində altıncı yeri tutur. Komanda 18 oyunda 28 xal toplayıb. "Real" isə 19 oyunda 45 xal qazanaraq ikinci pillədədir. İspaniya çempionatının turnir cədvəlinə 49 xalla "Barselona" başçılıq edir.

19:05

İspaniya La Liqasının 18-ci turunda "Sevilya" öz meydanında turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Levante"yə 0:3 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, matçda hesab 45+2-ci dəqiqədə qonaqların hücumçusu İker Losadanın qolu ilə açılıb. İkinci hissədə 77-ci dəqiqədə Karlos Espi fərqi iki topa çatdırıb. 90+2-ci dəqiqədə meydan sahiblərinin hücumçusu İsaak Romero penaltini dəqiq yerinə yetirə bilməyib. Oyuna əlavə olunmuş vaxtda - 90+4-cü dəqiqədə isə Karlos Alvares "Levante"nin üçüncü qolunu vuraraq hesabı darmadağın səviyyəsinə çatdırıb.

Bu qələbədən sonra "Levante" xallarının sayını 13-ə çatdıraraq turnir cədvəlinin 19-cu pilləsinə yüksəlib. "Sevilya" isə 20 xalla 11-ci yerdə qərarlaşıb. Turnir cədvəlinə 49 xalla "Barselona" başçılıq edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:44

Trabzonda Məhəmməd Salah üçün küçənin adı dəyişdiriləcək

Futbol
Bu gün, 17:44

“Fənərbağça” Napoli yarımmüdafiəçisini transfer etməyi düşünür, “Sabah”ın rəqibini zəiflədə bilər

Cüdo
Bu gün, 17:41

Azərbaycan cüdo komandası Polşadakı turnirdə 11 medalla birincilik qazandı

Futbol
Bu gün, 17:40

U-19 milli komandası baş məşqçisi “Sabahın Ulduzları” yarışını izləyib

Futbol
Bu gün, 17:29

Liverpool yeni qapıçı transferi – Luka Brügmans adı açıqlanıb

Futbol
Bu gün, 17:20

Liverpool Genk‑in qapıçısı Luka Brühmansa maraq göstərir

Futbol
Bu gün, 17:20

Qəbələnin yeni baş məşqçisi Elmar Baxşıyevdir

Digər
Bu gün, 17:14

Musab Məmmədtağıyev Avropa çempionatında ən yaxşı kişi ağırlıqqaldıranı seçildiyinə inanırdı

Futbol
Bu gün, 17:12

Araz‑Naxçıvan – Sabah oyununa start heyətləri təqdim olunur

Digər
Bu gün, 17:10

12-16 yaşlı məktəblilər üçün yay məktəbində kayak, kanoe və avarçəkmə təlimləri

Futbol
Bu gün, 17:06

AFFA-nın əməkdaşı Sabir İsmayılov UEFA Stadion İnspektoru vəzifəsinə təyin edildi

Futbol
Bu gün, 17:00

Sabah klubunun UEFA gəliri 20,2 milyon avro, digər üç klubun isə 2,7 milyon avro

Futbol
Bu gün, 16:59

Avrokubok sonrası “Sabah” və “Qarabağ” daxili arenada Araz‑Naxçıvan və Sumqayıtla qarşılaşacaq

Futbol
Bu gün, 16:59

Avrokubok matçlarından sonra “Sabah” və “Qarabağ” yerli turnirə qayıdır

Futbol
Bu gün, 16:55

Unai Emery: Aston Villa və Chelsea arasındakı münasibətlər gərgindir, “Onlar bizi öldürmək istəyir”

Futbol
Bu gün, 16:54

Araz‑Naxçıvan – Sabah matçı üçün heyət məlumatları

Futbol
Bu gün, 16:54

Araz‑Naxçıvan – Sabah qarşısında heyətlər açıqlanıb

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Oxşar xəbərlər