top
İspaniya La Liqası: “Barselona” doğma “Kamp Nou”ya qayıdır - İDMAN.BİZ-in TƏHLİLİ Idman.biz
22 noyabr 2025, 16:40
- ↺ +

İspaniya La Liqası: “Barselona” doğma “Kamp Nou”ya qayıdır - İDMAN.BİZ-in TƏHLİLİ

İspaniyada milli komandaların oyunları ilə bağlı fasilədən sonra ölkə çempionatının matçları bərpa olunur.

İdman.Biz-in məlumatına görə, həftəsonu La Liqanın 13-cü turunun oyunları keçiriləcək. Tura 31 xalla lider kimi daxil olan "Real"(Madrid) 28 xalla ikinci pillədə qərarlaşan "Barselona" tərəfindən izlənir və əsas intriqa kataloniyalıların Xabi Alonsonun komandasına çata bilib-bilməyəcəyidir.

Turun mərkəzi qarşılaşması "Barselona" - "Atletik"(Bilbao) matçı olacaq. Görüş yenilənmiş "Kamp Nou" stadionunda keçiriləcək. Kataloniyalılar uzun fasilədən sonra yenidən öz əfsanəvi arenasına qayıdır. Bərpa işlərinin bu mərhələsində stadionun nəzərdə tutulan tutumu təxminən 45 min tamaşaçıdır. Klub doğma meydanın dönüşünü rəqiblərə əlavə təzyiq amili kimi istifadə etməyi planlaşdırır.

"Real"la "El-Klasiko"dakı acı məğlubiyyətdən sonra Hansi Flikin komandası özünə gəlib, "Elçe"ni 3:1 hesabı ilə məğlub edərək La Liqanın ən məhsuldar hücum xətti olduğunu bir daha xatırladıb - 12 turdan sonra 32 qol.

Kataloniya klubunda əsas intriqa heyətlə bağlıdır. İspan mediasının məlumatına görə, Lamin Yamal və Rafinya yenidən meydana dönməyə hazırdırlar. Markrus Raşfordun iştirakı isə yaxınlarda yaşadığı narahatlığa görə sual altındadır. Bundan başqa, "Barselona" hələ də yarımmüdafiədə ciddi itkilərlə üzləşir: Pedri, Qavi, Mark-Andre ter Ştegen və heyətin bir neçə əsas üzvü zədəlidir. Bu səbəbdən Flik heyəti daha çox rotasiya etməyə və gənclərə güvənməyə məcburdur.

Flik qarşılaşmadan öncə "Kamp Nou"ya dönüşün komanda üçün psixoloji təkan olmalı olduğunu vurğulayıb: baş məşqçi "Doğma stadionu qalaya çevirməliyik" sözləri ilə azarkeşlərin enerjisindən maksimum yararlanmağın vacibliyini qeyd edib. Məqsəd "Real"ın(Madrid) çempionluq yarışında araya məsafə qoymasına imkan verməməkdir.

"Atletik"(Bilbao) isə Kataloniyaya 17 xalla, yeddinci sırada gəlir. Erneste Valverde komandasının millilər üçün fasilədən öncə "Real Oviedo"ya qalib gəlməsi nəticələri bir qədər stabilləşdirib.

Qeyd edək ki, "Atletik" azərbaycanlı azarkeşlərə yaxşı tanışdır. Komanda yaxın vaxtlarda keçirilən Çempionlar Liqasında "Qarabağ"ı 3:1 hesabı ilə məğlub etmişdi. Buna görə də yerli azarkeşlərin bu dueldə simpatiyasının kimdən yana olacağını təxmin etmək çətin deyil.

La Liqanın 13-cü turunun bütün oyunları

21 noyabr

"Valensiya" – "Levante" 1:0

22 noyabr

"Deportivo Alaves" - "Selta"

"Barselona" – "Atletik"(Bilbao)

"Osasuna" – "Real Sosyedad"

"Vilyarreal" – "Mallorka"

23 noyabr

"Elçe" – "Real Madrid"

"Real Oviedo" – "Rayo Valyekano"

"Xetafe" – "Atletiko"

"Real Betis" – "Girona"

24 noyabr

"Espanyol" – "Sevilya"

13-cü turdan əvvəl turnir cədvəli

"Real" (Madrid) – 31

"Barselona" – 28

"Vilyarreal" – 26

"Atletiko"(Madrid) – 25

"Real Betis" – 20

"Espanyol" – 18

"Atletik" (Bilbao) – 17

"Xetafe" – 17

"Sevilya" – 16

"Deportivo Alaves" – 15

"Elçe" – 15

"Rayo Valyekano" – 15

"Selta" – 13

"Real Sosyedad" – 13

"Valensiya" – 13

"Mallyorka" – 12

"Osasuna" – 11

"Girona" – 10

"Levante" – 9

"Real Oviedo" – 8

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:00

Ağatahir Əzimov açıqladı: Araz-Naxçıvanın uğursuzluğunun səbəbləri

Güləş
Bu gün, 11:58

Arseniy Djioyev 86 kq çəki qrupunda dördqat dünya çempionu Kayl Deyk ilə finalda görüşəcək

Cüdo
Bu gün, 11:48

Azərbaycanın üç cüdoçusu Neapolda U-23 Avropa çempionatında mübarizə aparacaq

Futbol
Bu gün, 11:28

Qalatasaray, rusiya yarımmüdafiəçisi Matvey Kislyak transferinə maraq göstərir

Futbol
Bu gün, 11:00

Dodo: Azərbaycan çempionatında oyun həmişə çətin olub, gələcəkdə yenidən çıxmaq istəyir

Futbol
Bu gün, 10:30

Everton qış dönəmində Manchester United hücumçusunu, Markus Rashfordu, icarəyə götürmək istəyir

Boks
Bu gün, 10:28

Tural Rahimov ‘Dəmir adam’ Düşənbədə Rusiyalı rəqibini məğlub etdi

Digər
Bu gün, 10:08

Tahir Abdullayev UFC Yolunda: İlk Addımlar, Çətinliklər və Həyat Hekayəsi

Cüdo
Bu gün, 10:00

Böyük Dəbilqə: Azərbaycan üçüncü cüdoçusunu mübarizəyə təqdim edəcək

Qarabağ FK
Bu gün, 10:00

“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi Azərbaycana təklif olundu, amma heç kim maraqlı deyildi

Futbol
Bu gün, 09:58

“Barselona” El Klassikoda rekord gəlir əldə etdi

Futbol
Bu gün, 09:40

Lisandro Martines Manchester United ilə müqaviləsini uzatmayacaq

Futbol
Bu gün, 09:20

Belçika futbolçusu Nainqolan iki il həbsə cəlb edildi

Futbol
Bu gün, 09:08

Barselona, icarədəki Ronald Araújonun qış transferini Liverpoola satmaq istəyir

Qarabağ FK
Bu gün, 09:00

"Qəbələdə 'Qarabağ' ilə üz-üzə: Ağdam zirvəyə qalxa bilər"

Futbol
Bu gün, 08:40

Fənərbaxça, Olimpiakosun keçmiş baş məşqçisi Jose Luis Mendilibara yüksək maaşlı təklif göndərib

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Futbol
Bu gün, 08:00

FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar dünya çempionatının mükafat fondunu iki dəfə artıracaq

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Oxşar xəbərlər